Yuxarı

Masazırda normal səki mövcud deyil - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masazırda normal səki mövcud deyil - Ekspert

70 min əhalisi olan Masazır qəsəbəsində belə normal səki infrastrukturu, demək olar ki, mövcud deyil.

Axar.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirədə deyib.

“Piyada təhlükəsizliyi sahəsində ən ciddi problemlərdən biri yaşayış məntəqələrində səkilərin çatışmazlığıdır. Piyada təhlükəsizliyinin təmin olunması üçün ilk növbədə yeni səkilərin inşası və mövcud səkilərin standartlara uyğunlaşdırılması əsas hədəf olmalıdır.

İllərdir yol hərəkəti hadisələri və təhlükəsizliklə bağlı müxtəlif qanunlar qəbul olunsa da, səki probleminin həlli istiqamətində ciddi irəliləyiş müşahidə olunmur. Problemin hansı qurumun səlahiyyətinə aid olması və məsuliyyətin bir qurumdan digərinə ötürülməsi vəziyyəti daha da çətinləşdirir”, - o bildirib.

Tarix
2026.06.25 / 14:11
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla