Yuxarı

Azərbaycan bu ölkədə 10 məktəb tikəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu ölkədə 10 məktəb tikəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan bir çox sahələrdə Suriyanın yanında olub:

"Azərbaycan Suriyada yeni dövrün başlamasından sonra yeni rəhbərliklə əlaqə quran ilk ölkələrdən biri olub. Diplomatik nümayəndələrini Suriyaya göndərərək əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirib və iki ölkə arasındakı münasibətlər yenidən qurulmasından mühüm rol oynayıb. Azərbaycanın humanitar yardımları müharibə fəlakətlərin aradan qaldırılmasına mühüm töhfə verib. Azərbaycan Suriyada iqtisadi, mədəni və sosial sahələrdə də ölkənin yanında olub. Xüsusilə enerji sahəsində göstərilən dəstək Suriyanın bərpasına və əsas xidmətlərin yaxşılaşdırılmasında töhfə verib".

Deputat bildirib ki, Suriya Prezidenti Əhməd əş-Şaranın Azərbaycana səfəri də iki ölkə arasındakı münasibətlərdə böyük önəm daşıyıb:

"Dövlət başçısının səfər çərçivəsində keçirdiyi görüşlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və strateji tərəfdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu, eyni zamanda, Suriyaya yeni dövrdən sonra həyata keçirilən ilk prezident səfəri olub. Bu baxımdan səfər tarixi əhəmiyyətə malikdir".

Tarix
2026.06.25 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla