Yuxarı

"Sea Breeze"də layihə tikən şirkətin hesabına həbs qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sea Breeze"də layihə tikən şirkətin hesabına həbs qoyuldu

"SB Development” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 400 min manatlıq bank hesabına məhdudiyyət qoyulub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkət Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən "Sea Breeze” kurort və yaşayış kompleksində "Port d’Azur” yaşayış layihəsinin tikintisini həyata keçirir.

Məlumata əsasən, "SB Development" MMC tikinti xidmətlərinin göstərilməsi üçün "Alpine Development" MMC ilə 460 min 632 manat 22 qəpiklik podrat müqaviləsi bağlayıb. Müqaviləyə görə, həmin məbləğin 15 gün ərzində ödənilməsi nəzərdə tutulsa da, şirkət qarşı tərəfə cəmi 65 min 966 manat 9 qəpik köçürüb.

Qalan məbləği ala bilməyən "Alpine Development" MMC məhkəməyə müraciət edib. Məhkəmədə qeyd edilib ki, hazırda "SB Development" MMC-də təsisçi və rəhbərlik dəyişikliyi prosesi gedir. Bu vəziyyət görülmüş işlərin dəyərinin ödənilməməsi riskini artırır və iddiaçı şirkətin ciddi maliyyə itkiləri ilə üzləşə biləcəyi vurğulanıb.

Məhkəmənin hökmü ilə cavabdeh MMC-yə məxsus bank hesablarında olan 394.666,13 manatın (əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan əsas borc tələbi həcmində) üzərinə həbs qoyulub.

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan "SB Development" MMC-nin qanuni təmsilçisi Pərviz Şükürovdur. Nizamnamə kapitalı 100 manat təşkil edən "SB Development" MMC-nin qanuni təmsilçisi isə İlya Kapitulskiydir.

Tarix
2026.06.25 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla