Yuxarı

DYP hərəkət iştirakçılarına müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP hərəkət iştirakçılarına müraciət etdi

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar iyunun 26-da Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçular iyunun 26-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;

II yürüş marşrutu: Şəhidlər Xiyabanı – "Alov Qüllələri" Kompleksi – Çəmbərəkənd parkı - "İçərişəhər" metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

IV yürüş marşrutu: "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;

"Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda vurğulanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.

Tarix
2026.06.25 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla