Yuxarı

Dövlət sifarişi ilə oxuyacaq tələbələrin sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət sifarişi ilə oxuyacaq tələbələrin sayı açıqlandı

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul göstəricilərində həm bakalavriat, həm də magistratura səviyyələrində faktiki qəbul sayında əhəmiyyətli artım qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bakalavriat səviyyəsi üzrə son dörd il ərzində faktiki tələbə qəbulu 18 faiz artıb:

"2025/2026-cı tədris ilində bu təhsil səviyyəsi üzrə 61 420 plan yerindən 60 860 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan yerlərinin 98.4%-nin dolduğunu göstərir. Qəbul olunan tələbələrdən 28 421 nəfər dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.

Magistratura səviyyəsinə tələbə qəbulunda da son illərdə artım dinamikası müşahidə olunur. Belə ki, 2021/2022-ci tədris ilində 10 484 nəfər olan faktiki qəbul 2025/2026-cı tədris ilində 14 335 nəfərə çatıb, bu da 3 079 nəfər və ya təxminən 29.4% artım deməkdir.

2025/2026-cı tədris ilində magistratura səviyyəsi üzrə 17 860 plan yerindən 14 335 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan göstəricisinin 76%-nin təmin edildiyini göstərir.

2025/2026-cı tədris ilində magistratura səviyyəsində 6 674 nəfər (37.4%) dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb".

Tarix
2026.06.25 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla