Yuxarı

Bakıda qeyri-adi kənd yumurtası... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qeyri-adi kənd yumurtası... - Foto

Bakı sakini qeyri-adi hesab etdiyi kənd yumurtasının fotosunu redaksiyamıza göndərib. Fotoda yumurtanın qabığının hamar olmadığı, üzərində dalğavari və qabarıq izlərin olduğu görünür.

Qida eksperti Ağa Salamov Axar.az-a açıqlamasında bildirib ki, yaşlı toyuqlarda deformasiyalı yumurtaların əsas səbəblərindən biri düzgün qidalanmama nəticəsində yaranan kalsium çatışmazlığıdır:

“Əgər qidasında kifayət qədər kalsium olmazsa, yumurtanın qabığı nazik, yumşaq, kövrək və ya formasını dəyişmiş ola bilər. Buna görə də toyuqların yemlərinə kalsium mənbələri əlavə edilir. Məsələn, xırdalanmış mərmər tozu və ya əhəngdaşı unu kimi kalsium karbonat tərkibli əlavələrdən istifadə olunur. Bəzi hallarda qurudulmuş və xırdalanmış yumurta qabıqları da yemə qatılır.

Lakin yumurtanın keyfiyyətli olması üçün yalnız kalsium deyil, həm də D vitamini, fosfor və digər qida maddələri lazımdır. Düzgün hazırlanmış və balanslaşdırılmış yem toyuqların sağlam qalmasına, daha keyfiyyətli və möhkəm qabıqlı yumurta verməsinə şərait yaradır”.

Tarix
2026.07.17 / 15:42
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla