Yuxarı

"İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - Qərar

"İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Şəhla Kamilovanın nümayəndəsi də eyni vəsatətlə çıxış edib.

Nümayəndə bildirib ki, jurnalistlər tərəfindən zərərçəkmiş şəxsin fotosu məhkəmənin önündə çəkilib və məhkəmə prosesindən hazırlanan metallarda yayılıb.

Nümayəndə deyib ki, bugünki iclasda həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxs ifadə verəcəklər, burada faktlar açıqlanacaq. O, bu halların yayılmaması üçün proses qapalı keçirilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə prosesin qapalı keçirilməsi barədə vəsatət elan edib. Deyib ki, yetkinlik yaşına çatmayan şəxslərin manafeyi qorunmalıdır, həmçinin iş üzrə 12 şahiddən 8-i azyaşlıdır.

Vəkil deyib ki, sosial şəbəkələrdə təqsirləndirilən şəxsin ailə üzvlərini xoşagəlməz şərhlər yazırlar.

Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, anası da vəsatəti dəstəkləyib və prosesi qapalı keçirilməsini istəyib.

Dövlət ittihamçısı isə vəsatəti məhkəmənin mülahizəsinə verdiyini bildirib. Sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər qərar elan ediblər.

Qərara görə, vəsatətlər təmin edilib və prosesin qismən qapalı keçirilməsi barədə qəbul edilib.

Qərarda göstərilib ki, ədalət mühakiməsinin aparıla biləməsi və şəxslərin sərbəst ifadə verməsi üçün proses qismən qapalı keçiriləcək.

Media nümayəndələri və kənar şəxslər prosesdən kənarlaşdırılıb.

Hazırda qapalı iclasda tərəflərin dindirilməsi davam edir.

İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Şagird iradı özünə hörmətsizlik kimi qəbul edib.

Daha sonra yeniyetmə Rəsulzadə qəsəbəsində evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib.

O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.

Xatırladaq ki, hadisə bu ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Tarix
2026.07.24 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla