Yuxarı

"Azercell"in gənc istedadlara dəstəyi beynəlxalq uğurlarla nəticələnir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"in gənc istedadlara dəstəyi beynəlxalq uğurlarla nəticələnir

24–30 iyul 2026-cı il tarixlərində Litvanın Kaunas şəhərində keçirilən Yeniyetmələrin 10-cu Avropa İnformatika Olimpiadasında (EJOI 2026) Azərbaycan məktəbliləri uğurlu nəticə əldə ediblər.

25 ölkədən 100 şagirdin iştirak etdiyi beynəlxalq yarışda Azərbaycan komandasının üzvləri yüksək nəticə göstərərək 3 bürünc medal qazanıblar. Medallara Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Tuncay Paşayev, Bakı şəhəri Kimya, biologiya təmayüllü liseyin 9-cu sinif şagirdi Mahmud İsalı və Göyçay şəhəri 3 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Vaqif Abdullayev layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan məktəbliləri Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 2017-ci ildən etibarən iştirak edir. Bu müddət ərzində komandamız 4 gümüş və 14 bürünc medal qazanıb.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir. Təşəbbüs şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq yarışlara hazırlanması və ölkənin texnoloji potensialının gücləndirilməsi məqsədi daşıyır.

Tarix
2026.07.31 / 16:18
Müəllif
Axar.az
Digər xəbərlər

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla