Yuxarı

İxtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İxtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq

Bu il ixtisas seçimi qaydalarında müəyyən yeniliklər tətbiq olunacaq.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

"Yeniliklərdən biri odur ki, ötən il I ixtisas qrupunda 150 balla seçim edilə bilən 11 ixtisas var idi. Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK alt qrupuna aid idi. Bu ildən həmin siyahı genişləndirilir. Riyaziyyat- İnformatika (Rİ) alt qrupuna aid daha iki ixtisas kompüter mühəndisliyi və informasiya texnologiyaları da siyahıya əlavə olunur. Beləliklə, RI alt qrupu üzrə 150–200 bal toplayan abituriyentlər də bu ixtisaslar üzrə seçim edə biləcəklər", - DİM sədri bildirib.

Onun sözlərinə görə, II ixtisas qrupunda da dəyişiklik edilib:

"Təxminən 7 yeni ixtisas 150 balla seçim edilə bilən ixtisasların siyahısına daxil edilib. Həmin ixtisasların siyahısı ayrıca cədvəldə təqdim olunacaq. Beləliklə, 150–200 bal aralığında nəticə göstərən abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanları əhəmiyyətli dərəcədə genişlənir".

O qeyd edib ki, III və IV ixtisas qruplarında dəyişiklik yoxdur:

"Keçən il qüvvədə olan ixtisas siyahısı bu il də saxlanılıb və əlavə olunmayıb”.

DİM sədri həmçinin vurğulayıb ki, bu yeniliklər 150–200 bal toplayan abituriyentlər üçün ixtisas seçimi baxımından müsbət imkanlar yaradır.

Tarix
2026.07.31 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla