Yuxarı

“Araz”ın 15 illiyi: müsabiqə qalibləri mükafatlandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Araz”ın 15 illiyi: müsabiqə qalibləri mükafatlandırıldı

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin fəaliyyətinin 15 illiyi münasibətilə keçirilən “Yurdumuzun doğma marketi” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqədə Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrindən 5–15 yaş arası uşaqlar iştirak edib. İştirakçılar “Araz” supermarketlər şəbəkəsini öz baxış bucaqlarına və şəxsi təxəyyüllərinə uyğun şəkildə təsvir edərək bir-birindən maraqlı və rəngarəng rəsm əsərləri ərsəyə gətiriblər.

Layihənin əsas məqsədi uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına dəstək olmaq, onların rəsm sənətinə marağını artırmaq və fərdi təxəyyüllərini sərbəst şəkildə ifadə etmələri üçün əlverişli şərait yaratmaqdır. Müsabiqə, eyni zamanda, 15 ildir yurdumuzun doğma marketi olan “Araz”ın uşaqların dünyasında necə təsəvvür edildiyini onların rəngarəng yaradıcılığı vasitəsilə nümayiş etdirib.

Peşəkar rəssamlardan ibarət münsiflər heyətinin qiymətləndirməsinə əsasən qaliblər 5–8, 9–12 və 13–15 yaş kateqoriyaları üzrə müəyyən edilib. Mükafatlandırma mərasimində hər yaş kateqoriyası üzrə fərqlənən iştirakçılara dəyərli hədiyyələr və sertifikatlar təqdim olunub. Münsiflər heyətinin seçimi əsasında qalib və həvəsləndirici mükafata layiq görülən ümumilikdə 50 rəsm əsəri tədbir çərçivəsində sərgilənib.

Tarix
2026.07.31 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla