Yuxarı

Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi

Almaniyada yaşayan soydaşımız Hüseyn Kamalzadə Erlangen şəhərində keçirilən bələdiyyə seçkiləri nəticəsində Əcnəbilər və İnteqrasiya üzrə Məsləhət Şurasının rəsmi üzvü seçilib. Bu vəzifə Almaniya vətəndaşlığı olmayan şəxslər üçün şəhər idarəçiliyində əldə edilə bilən yüksək səviyyəli seçkili təmsilçilik mövqelərindən biri hesab olunur.

Axar.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Hüseyn Kamalzadə Hindistan, İran, Suriya, Çin, Qazaxıstan, Ermənistan və Pakistandan olan namizədləri geridə qoyaraq seçicilərin etimadını qazanıb. Maraqlı məqamlardan biri də odur ki, ona verilən səslərin təxminən dörddə üçü müxtəlif millətlərin nümayəndələrindən gəlib.

Məlumat üçün bildirək ki, Erlangen və onun ətraf regionu Almaniyanın ən mühüm iqtisadi və elmi mərkəzlərindən biridir. Burada Adidas, Puma, Schaeffler və Siemens kimi dünya miqyasında tanınan beynəlxalq şirkətlər yerləşir. Bu baxımdan, şəhərin idarəçiliyində azərbaycanlı nümayəndənin təmsil olunması həm yerli, həm də beynəlxalq müstəvidə xüsusi əhəmiyyət daşıyır.

Tarix
2026.07.31 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla