Yuxarı

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40,4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki və piylənmə kateqoriyasına daxildir.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, 15 yaşdan yuxarı əhalinin 48,2 faizi artıq çəkili (BKİ 26-30), 10 faizi isə piylənmədən (BKİ 31-dən yuxarı) əziyyət çəkir. Normal bədən kütlə indeksinə malik olanların payı 40,4 faiz, normadan az çəkiyə malik şəxslərin payı isə 1,4 faiz təşkil edir.

Statistikaya əsasən, yaş artdıqca artıq çəki problemi daha da dərinləşir. Belə ki, 45-64 yaş qrupunda əhalinin 61,1 faizi artıq çəkili, 16,6 faizi isə piylənmədən əziyyət çəkir. 65 yaş və yuxarı əhali arasında isə artıq çəkililərin payı 61 faiz, piylənmədən əziyyət çəkənlərin payı 18,6 faizdir.

Azərbaycanda kişilərin 53,7 faizi artıq çəkili, 9,3 faizi piylənmədən əziyyət çəkir. Qadınlarda isə 43,2 faiz artıq çəkili, 10,7 faiz piylənmə göstəricisi qeydə alınıb.

Rəsmi statistikaya görə, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta çəkisi 69,7 kiloqram, orta boyu isə 167,5 santimetrdir. Kişilərin orta çəkisi 73,7 kiloqram, qadınların orta çəkisi 66,1 kiloqram təşkil edir.

Tarix
2026.08.06 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla