Yuxarı

Aybəniz Xəlilovaya 10,3 il həbs cəzası verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aybəniz Xəlilovaya 10,3 il həbs cəzası verildi

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Aybəniz Xəlilovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Beniz ləqəbli tiktokerun barəsində sevgilisi Xalid Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Zərərçəkmiş onunla pul müqabilində görüşdüyünü iddia edib, hər dəfə görüşəndə 300 manat pul verdiyini bildirib.

Tiktoker barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

Daha sonra Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2026.08.06 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla