Yuxarı

Azərbaycanda 10 min manat maaşla işçi axtarılır - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 10 min manat maaşla işçi axtarılır -

10:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.

Axar.az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Qeyd olunan vakansiyalar üzrə ən yüksək əmək haqqı 10 000 manat, ən aşağı əmək haqqı isə 400 manat təşkil edir.

"İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər. Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır", - məlumatda qeyd olunub.

***

Azərbaycanda yüksək əməkhaqqılı vakansiyaların hansı sahələrə aid olduğu məlum olub.

Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, hazırda sistemdə mövcud olan yüksək əməkhaqqılı vakansiyalar əsasən informasiya və rabitə, maliyyə və sığorta, emal sənayesi və digər sahələr üzrədir.

Qeyd olunub ki, həmin vakansiyalar şöbə rəisi, maliyyə departamentinin direktoru kimi rəhbər vəzifələri əhatə edir.

Eyni zamanda vakansiya bankında xidmət, ticarət, istehsal, kənd təsərrüfatı və digər sahələr üzrə də yüksək əməkhaqqılı iş yerləri mövcuddur.

Həmçinin bildirilib ki, vakansiyalar üzrə əmək haqqı məbləği işəgötürənlər tərəfindən təhsil və ixtisas səviyyəsi, peşə bacarıqları, iş təcrübəsi, əmək funksiyalarının mürəkkəbliyi, iş şəraiti və vəzifəyə dair digər tələblər nəzərə alınmaqla müəyyən edilir.

Xatırladaq ki, "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.

Tarix
2026.08.07 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla