Yuxarı

"Birbank Biznes"dən mikro biznes kreditinə 5%-dək endirim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Birbank Biznes"dən mikro biznes kreditinə 5%-dək endirim

"Birbank Biznes" fərdi sahibkarlar üçün mikro biznes kreditini daha sərfəli edən yeni kampaniyaya start verir. 6 – 31 avqust 2026-cı il tarixlərində Birbank Biznes tətbiqində krediti başdan-başa onlayn rəsmiləşdirən müştərilər 5%-dək endirim əldə edəcəklər.

Kreditin rəsmiləşdirilməsi tam onlayn həyata keçirilir. Zaminə, girova, biznesə baxışa və əlavə sənədlərin təqdim edilməsinə ehtiyac yoxdur. Bu isə sahibkarlara vaxt itirmədən maliyyə vəsaitinə çıxış imkanı yaradır.

Mikro biznes krediti sahibkarlıq və peşə fəaliyyəti ilə məşğul olan, VÖEN-ə malik fiziki şəxslər üçün nəzərdə tutulub. Ticarət, istehsal, xidmət, gözəllik sahəsi, kənd təsərrüfatı və digər istiqamətlərdə fəaliyyət göstərən sahibkarlar 500 manatdan 50 000 manatadək məbləğdə krediti Birbank Biznes tətbiqində tam rəqəmsal şəkildə əldə edə bilərlər.

"Birbank Biznes"in təqdim etdiyi rəqəmsal həll sayəsində kredit müraciəti qısa müddətdə qiymətləndirilir və seçilmiş müştərilər vəsaiti təxminən bir neçə dəqiqə ərzində əldə edə bilirlər. Bununla da sahibkarlar bizneslərini inkişaf etdirmək üçün lazım olan maliyyəyə daha operativ və rahat şəkildə çıxış əldə edirlər.

Kampaniya haqqında ətraflı məlumat: www.b-b.az/5vac

Sahibkarlığın inkişafına önəm verən "Birbank Biznes" Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. "Birbank Biznes" müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Tarix
2026.08.07 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla