Yuxarı

10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı

Azərbaycanda aktiv fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 10-da vəziyyət tam qeyri-qənaətbəxş kimi müəyyən edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, hazırda ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü aktiv fəaliyyət göstərməkdədir.

Aparılan yoxlamalar zamanı respublika üzrə fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 27-sinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş hesab olunub. 47 məntəqədə vəziyyət qismən qənaətbəxş, 10 məntəqədə isə tam qeyri-qənaətbəxş kimi müəyyən edilib.

Monitorinq zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normativlərinin pozulduğu məntəqələrin sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. AQTA xəbərdarlıq edib ki, təyin olunmuş vaxt ərzində müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan sahibkarların, eləcə də qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaqdır.

"Monitorinqlərin nəticələri göstərir ki, hazırda respublikanın 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Kəsim infrastrukturunun olmaması həmin ərazilərdə heyvanların identifikasiyası mexanizminin tam tətbiqinə mane olur və qanunsuz kəsim riskini artırır. Bu səbəbdən həmin rayonlarda əhalinin təhlükəsiz ət məhsulları ilə təmin olunması və qanunsuz kəsimin köklü şəkildə aradan qaldırılması üçün müasir kəsim məntəqələrinin yaradılması vacibdir", - məlumatda vurğulanıb.

Tarix
2026.08.11 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Naxçıvan açıqlaması

"Korte Bəyannaməsi" qəbul edildi

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla