“Bakcell” müştəriləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində “Samsung Galaxy A57 5G” (8GB/256GB) modeli xüsusi şərtlərlə təqdim olunur.
Kampaniya müddətində müştərilər “Samsung Galaxy A57 5G” smartfonunu 24 aylıq hissəli ödəniş şərtləri ilə əldə edə bilərlər. Bu təklif çərçivəsində cihazın gündəlik ödənişi cəmi 1.55 AZN təşkil edir. Bundan əlavə, cihazı 24 aylıq hissəli ödənişlə əldə edən müştərilərə hər ay 2 GB hədiyyə internet təqdim olunur.
“Samsung Galaxy A57 5G” yüksək performansı və müasir dizaynı ilə gündəlik istifadə üçün bütün zəruri funksiyaları bir araya gətirir.
Abunəçilər 19 avqust tarixinədək “Bakcell” mağazalarında keçərli olan təklifdən yararlanmaq üçün ən yaxın “Bakcell” mağazasının ünvanı ilə link vasitəsilə tanış ola bilərlər.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.