Yuxarı

Zirə ETSİ ərazisində yenidənqurma işləri həyata keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zirə ETSİ ərazisində yenidənqurma işləri həyata keçirilir

Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC regionlarla yanaşı paytaxt və ətraf ərazilərdə bir sıra yaşayış məntəqələrinin elektrik təsərrüfatını yeniləyir. Həyata keçirilən yenidənqurma işləri Zirə Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində yerləşən qəsəbələri də əhatə edir.

Axar.az xəbər verir ki, 2026-cı ilin Tədbirlər Planına əsasən ilin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzinin yaradılması nəzərdə tutulub.

Onlardan artıq 5-i tam quraşdırılıb, şəbəkəyə qoşulması üçün hazır vəziyyətə gətirilib.

Yenidənqurma işləri çərçivəsində Qala qəsəbəsi Xaşaxuna bağları yaşayış massivində 250 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin 6 kV-luq yeraltı kabel xətləri və 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir, dayaqlar yenilənir.

Türkan qəsəbəsinin bir sıra yaşayış ərazilərində də 6 və 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Həmçinin müxtəlif gücdə 6/0.4 kV-luq KTM-lər quraşdırılır, sayğaclar yeniləri ilə əvəzlənir.

Aparılan yenidənqurma işləri Pirallahı və Dübəndi yaşayış məntəqələrini də əhatə edib. Pirallahı qəsəbəsində yeni SMS tipli sayğaclar quraşdırılıb, əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün müasir güc mərkəzləri yaradılıb.

Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC ölkənin bütün regionlarında, həmçinin ən ucqar kənd və qəsəbələrdə belə yenidənqurma və əsaslı təmir işlərini davam etdirir.

Tarix
2026.10.06 / 14:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla