Yuxarı

Tanınmış aparıcıdan MTRŞ-ə şikayət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış aparıcıdan MTRŞ-ə şikayət edildi

Bu gün kütləvi şəkildə olmasa da, radioalarda interaktivlik zamanı, yəni dinləyici ilə ünsiyyət zamanı, bəzən aparıcılar efir etikasına zidd davranışlara, vulqar ifadələrə yol verirlər. Bununla bağlı müəyyən müraciətlər, şikayətlər daxil olur.

Bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, bu günlərdə MTRŞ-ə "106.3 FM" radiosunda yayımlanan "Bumeranq şou"nun aparıcısından dinləyici şikayətləri daxil olub:

"Dinləyicilər şikayət edir ki, aparıcı (məşhur teleradio aparıcısı Aytən Səfərova - red.) Qoç bürcündən bəhs edərkən bu bürcdən olanlara otlamağı məsləhət görüb. Belə kobud ifadələrin işlədilməsi yolverilməzdir.

Bundan başqa, radiolarda sətiraltı qeyri-etik məzmunlu ifadələrə də rast gəlinir. Qoyulan bəzi mövzular düzgün seçilmir. Bəzən xarici dildə qeyri-etik ifadələrin istifadə edildiyi mahnılar səsləndirilir".

T.Dadaşov onu da qeyd edib ki, bu gün daha çox dövlət büdcəsindən maliyyələşən radio yayımçıları qanunvericiliyin tələblərini qoruyur:

"Özəl radioların efiri üçün bunu söyləmək çətindir, az sayda sosial və digər aktual problemlərə həsr olunmuş proqramlara rast gəlinir. Yerli radioların xəbərlərə, musiqiyə və aparıcıların danışığına üstünlük verməsi onların formatı ilə bağlıdır. Dünya praktikasında da bu, belədir. Ona görə də bu barədə radioalara irad tutulmur. Müşahidələrimizə əsasən, yerli radiolar çalışır ki, müxtəlif formatların xüsusiyyətlərini özlərində əks etdirsinlər. Buna görə də, radiolarımızın proqram səbəti hər saatın tamamında xəbər buraxılışları, ardınca musiqi, həmçinin aparıcıların dinləyicilərlə ünsiyyətindən təşkil edilir".

Tarix
2016.10.26 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistandan Rusiyaya qarşı sensasion addım

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla