Yuxarı

Deputatlar Avronestin iclasında iştirak edəcəklər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatlar Avronestin iclasında iştirak edəcəklər

Oktyabrın 31-də və noyabrın 1-də Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya, sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək.

Axar.az xəbər verir ki, iclaslarda Milli Məclisin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı iştirak edəcəklər.

Komitələrdə Avropa İttifaqı və Şərqi Avropanın tərəfdaş ölkələrində media azadlığının və inteqrasiyanın təminatı haqqında, həmçinin tərəfdaş ölkələrdə əmək bazarında qadınların vəziyyəti barədə hesabat layihələri, komitələrin 2017-ci il üçün fəaliyyət planı və digər məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Ukraynanın Baş naziri, Ali Radanın sədri, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşlər də nəzərdə tutulub.

Deputatlarımız müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.

Tarix
2016.10.29 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla