Yuxarı

“Əli bəy Hüseynzadə” – Azər Turanın kitabı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əli bəy Hüseynzadə” – Azər Turanın kitabı

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Əli Bəy Hüseynzadənin 150 illik yubileyi və araşdırmaçı-türkoloq Azər Turanın yenicə çapdan çıxmış "Əli bəy Hüseynzadə" adlı kitabının təqdimatı keçirilib.

"Axar.az" xəbər verir ki, dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Əli bəy Hüseynzadənin 150 illik yubileyi və araşdırmaçı-türkoloq Azər Turanın yenicə çapdan çıxmış "Əli bəy Hüseynzadə" adlı kitabının təqdimatı keçirilib. Görkəmli elm və sənət adamlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Mükafatı laureatı, professor Nizaməddin Şəmsizadə Əli bəy Hüseynzadənin böyük elmi-ədəbi irsindən, milli mücadilə yolunda əvəzsiz xidmətlərindən danışıb. Azər Turanın Əli bəy irsinin araşdırılmasında əvəzsiz xidmətlərini yüksək dəyərləndirib.

Tədbirdə AYB sədri, Xalq yazıçısı Anar, Milli Məclisin üzvü, AMEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov, AYB-nin katibi Arif Əmrahoğlu, Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Fəridə Məmmədova, fəlsəfə elmləri doktoru Rahid Ulusel, şair Oktay Rza, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Adil Cəmil və digər natiqlər Əli bəy Hüseynzadənin türk dünyası tarixindəki önəmli rolundan danışıblar.

Sonda söz "Əli bəy Hüseynzadə" kitabının müəllifi Azər Turana verilib. A. Turan isə ideoloq, həkim, tibb professoru, ədib, tərcüməçi, rəssam, "türkləşmək, islamlaşmaq, avropalaşmaq" triadasının müəllifi, türkçülüyün qurucusu Əli bəy Hüseynzadə barədə tarixi qaynaqların daha dərindən araşdırılmasının zəruriliyindən danışıb. Öz çıxışını Abdulla Cövdətin 1908-ci ildə Əli bəy Hüseynzadə barədə yazdığı "Ehyayi-la yəmut. Həkim, ədib Əli bəy Hüseynzadə" məqaləsini tədbir iştirakçılarının diqqətinə çatdırmaqla yekunlaşdırıb.

Tarix
2014.03.14 / 16:16
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla