Yuxarı

Azərbaycanda qanunsuz siqaret istehsal edilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda qanunsuz siqaret istehsal edilir - Foto

Azəri korporasiyası MMC heç bir hüquqi sənədi olmadan "Pramida" adlı siqaret istehsal edir.

Report xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

O, faktla bağlı İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib.

Qurumdan müraciətə cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Mehri firması MMC-nin istehsalı olan "Şəki" və "Azəri" Korporasiyasının istehsalı olan "Karvan" adlı filtirsiz siqaretlərdən götürülən nümunələrin Rusiya Federasiyasının Tabak Ekspertiza və Sertifikasiya Mərkəzi MMC-də təkrar müayinəsi təşkil edilib. Müayinələrin nəticələrinə dair Tabak Ekspertiza və Sertifikasiya Mərkəzi MMC-nin protokollarına əsasən adıçəkilən siqaretlərin tərkibində qətranın miqdarının normativ tələbdən yüksək olduğu müəyyən edilib.

"Qeyd olunan kənarlaşmalarla əlaqədar hər iki müəssisəyə filtersiz siqaretlərin istehsalı ilə əlaqədar verilmiş gigiyenik sertifikatların qüvvəsi müvəqqəti olaraq dayandırılıb. Siqaretlərin istehsalı ilə bağlı texnoloji proseslərin qaydaya salınması, məhsulların tüstüsünün tərkibində qətranın miqdarının normativlərə uyğunlaşdırılmasına dair Səhiyyə Nazirliyi tərəfindən istehsal müəssisələrinə müvafiq göstərişlər verilib, məhsulların tüstüsünün tərkibində qətranın miqdarının normativlərə uyğunlaşdırılmasına dair Səhiyyə Nazirliyi tərəfindən istehsal müəssisələrinə müvafiq göstərişlər verilib, məhsullarının normativ tələblərə uyğunluğu təmin edilməklə təkrara aparılmış müayinə nəticələri barədə Səhiyyə Nazirliyinə məlumat verilməsinin vacibliyi, tələblər yerinə yetirilmədiyi təqdirdə isə siqaretlərə verilmiş gigiyenik sertifikatların ləğv edilməsinə dair müəssisələrə xəbərdarlıq edilib", - Dövlət Xidmətindən bildirilib.

Tarix
2016.11.15 / 18:01
Müəllif
Axar.Az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

Hikmət Hacıyev Qazançı kilsəsindən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla