Yuxarı

Cəlilabadda şok olay: 4 nəfər bir oğlan uşağını zorladı - FOTO

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon Üçtəpə ərazi nümayəndəliyinin Təzəkənd kənd sakinləri – Faiq, Xəyal, Sabir Hacıyevlər və Elbrus Nuraliyev uzaq qohumları A.Nurəliyevin azyaşlı oğlu C.-nı zorlayıblar. Bu dəhşətli olay düz bu il avqust ayına qədər davam edib.

Hadisədən xəbər tutan valideyinlər Cəlilabad rayon Polis İdarəsinə ərizə ilə müraciət ediblər. İfadələr alınıb, istintaq aparılır. Amma təcavüzə məruz qalmış yeniyetmənin valideynləri istintaqın aparılmasından razı deyillər.

İstintaqın rəisi işi ört-basdır edir

Redaksiyamızda olan Ağabəy Nuralıyev övladının başına gətirilən müsibətdən və bu cinayət işinin birtərəfli aparılmasından şikayət etdi: "Hadisədən bu ilin avqust ayının 9-da xəbər tutduq. Rayon Polis İdarəsinə müraciət etdik. Amma polis bu işi araşdırmaq və cinayətkarları cəzalandırmaq istəmir", - dedi.

Şikayətçi iddia edir ki, istintaq şöbəsinin rəisi mayor Eldar Məmmədov istintaqın birtərəfli aparılmasında maraqlıdır: "Onun (Eldar Məmmədovun) zorlamada əsas rol oynayan Faiq Hacıyevin atası, Təzəkənd bələdiyyəsinin sədri Rafiq Hacıyevlə isti münasibətləri var. Ola bilsin ki, hansısa başqa maraqlar da onları birləşdirsin", – A.Nuralıyev belə deyir.

Ekspertiza zorlanmanı təsdiqlədi

Polisə müraciət olunduqdan sonra yeniyetmə ekspertizadan keçirilib və onun dəfələrlə zorlanması təsdiqini tapıb.

Zorlamada 4 nəfərin adının keçməsinə baxmayaraq, bir nəfər - Elburus Hacıyev cinayət məsuliyyətinə cəlb olunub: "Digər üç şəxsin oğlumu zorlaması barədə uşaq öz izahatında da yazıb. Onlar niyə həbs olunmayıb?"

Zərərçəkmiş həm də şantaj edilib

Atanın sözlərinə görə, Sabir Nuralıyev bu cinsi aktla bağlı bütün detalları telefonun yaddaşına yazıb, yeniyetməni şantaj edib, ondan pul alırmış: "Polisə şikayət etdikdən sonra Bələdiyyə sədri Rafiq bizə müxtəlif təzyiqlər və təkliflər elədi. Hətta Rafiqin qayınatası, oğlumu şantaj edib onunla cinsi əlaqəyə sövq edən və oğlumun satıcı işlədiyi dükandan dəfələrlə pul və başqa şeylər alan Sabir Hacıyevin atası bizə çox axmaq bir təklif də etdi, dedi ki, polisdən ərizəni geri götürün, biabır etməyin özünüzü, gətirim, siz də onun oğlu ilə cinsi əlaqədə olun, bitsin bu iş".

Bələdiyyə sədri etiraz edir

Adı qalmaqalda hallandırılan Təzəkənd bələdiyyəsinin sədri Rafiq Hacıyevlə əlaqə saxladıq. Sədr deyilənlərin hamısını təkzib etdi: "Bu hadisə çoxdan olub, həmin ərəfədə isə oğlum Faiq hərbi xidmətdə idi",- dedi. Onu da əlavə etdi ki, adı çəkilən ailənin uşağı ilə nə hadisə baş veribsə, könüllü olub. "İndi nə hay-küy salıblar? Hadisədə günahkar bilinən şəxs artıq cinayət məsuliyyətinə cəlb olunub. Mənim oğlumun bu işdə heç bir günahı yoxdur. Sadəcə, bütün kənd danışır ki, o uşaq belə şeyə meyillidir. Atası və anası da uşağının cinsi azlıqlara aid olduğunu yaxşı bilir. O uşaq Biləsuvarda internat məktəbində oxuyurdu. Oxuduğu məktəbdən onu elə bu əməlinə görə qovmuşdular".

Müstəntiq həbslərin artacaını deyir

İstintaq işini aparan müstəntiq Ramin Əliyev heç bir zorlamanın olmadığını bildirdi: "Hadisə qarşılıqlı razılaşma ilə baş verib. Bu məsələ ilə bağlı faktları toplayırıq, üzləşmə aparılır. Artıq bir nəfər həbs olunub, digər 3 nəfər iştirakı iddia olunanların da məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır. Bu məsələ artıq öz təsdiqini tapıb ki, oğlanın səsini telefona yazıb onu şantaj edərək pul və danışıq konturu alırmışlar".

Müstəntiq sonda onu da qeyd etdi ki, qarşılıqlı razılaşma məsələsi olsa da, uşağın həddi-büluğa çatmaması cinayət məsuliyyəti yaradır və ona görə də iştirakçıların hamısının istintaqa cəlb ediləcəyi şübhəsizdir.

Tarix
2013.09.11 / 17:16
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla