Yuxarı

Açıq havada quş əti satılır, diqqətli olun - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Açıq havada quş əti satılır, diqqətli olun - Video

Hələ də yol kənarında, açıq havada ət məhsulları, diri heyvanlar satılmaqdadır. Özü də kəsim qaydalarına nəzarət edilmədən, antisanitar şəraitdə təmizlənərək.

Xəzər xəbər xəbər verir ki, Xətai rayonu, Telnov küçəsində, maşınların sıx hərəkət etdiyi yolda, açıq havada quş əti satılır.

Ticarət cərgəsinin 10-a yaxın obyekti bu işlə məşğuldur. Halbuki belə şəraitdə ət satışı qətiyyən qəbul olunan deyil. Satıcılar da bunu bildiyi üçün bizi görən kimi qaçmağa çalışır.

Görüntülər hər şeyi ortaya qoyur. Diri quşlar elə burdaca necə gəldi kəsilir, ortabab təmizlənir və şütüyən maşınların 1 metrliyində satılır.

Bu ətlər həm də baytarlıq nəzarətindən keçirilmir. Ətin sağlam olması və satışına icazə verilməsi haqda möhürlü sənədi istəyirik, yoxdur. Əvəzinə baytar həkimə ödənilən məbləğə görə verilən mədaxil qəbzini göstərirlər.

Baytar həkimin yeri bilinmir. Satıcı isə ümumiyyətlə gigienik sertifikat haqda məlumatsızdırlar.

Əvvəla qaydadan kənar olan budur ki, belə məhsullar xüsusi ayrılmış yerlərdə, nəzarət altında satılmalıdır. Sanitariya və ticarət qaydalarına görə küçədə belə satış qadağandır.

İşin vicdani tərəfinə gəlincə, satış üçün hazırlanan bu ətlər tam sanitar qaydada kəsilmir, təmizlənmir, içalatları necə gəldi, ətrafa yayılıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirirlər ki, ət küçədə asılı vəziyyətdə uzun müddət qalırsa, küləyin qaldırdığı tozdan ətə çoxlu zərərli mikro orqanizmlər və avtomobillərdən ayrılan zərərli qazlar yapışır. Bu, müştərilən sağlamlığı üçün ciddi təhlükədir.

Tarix
2016.12.04 / 01:26
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla