Yuxarı

Mahnı müsabiqəsinin qalibləri açıqlandı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mahnı müsabiqəsinin qalibləri açıqlandı – Foto

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə universitetin Böyük Akt zalında “ADPU Səs” mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Bu haqda Axar.az-a ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Final mərhələsində ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev də iştirak edib.

Gecə ADPU-nun nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının “Qarabağ şikəstəsi”ni səsləndirməsi ilə başlayıb. Daha sonra tələbələr müxtəlif xalq mahnıları və müasir estrada mahnıları oxuyub, rəqs ediblər.

Sonda Tərbiyə işləri üzrə prorektor, professor Fikrət Rzayev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov 2 nominasiya - milli və müasir musiqi nominasiyaları üzrə I, II, III yerləri tutan tələbələrə pul mükafatı və diplomları təqdim edib.

Tarix
2016.12.06 / 18:02
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Moskva ilə məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...

Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?

Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye

İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...

Polis gücləndirilmiş iş rejiminə keçdi - Video

Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu

Sabah 8 min abonentin qazı kəsiləcək

Hikmət Hacıyev Mixail Qaluzinlə görüşdü

Bu qəzalarla bağlı sığorta ödənişini DSMF yerinə yetirəcək

İlham Əliyev Donald Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla