Yuxarı

Yol polisindən vətəndaşlara müraciət - Diqqətli olun!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən vətəndaşlara müraciət -

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qış mövsümü ilə əlaqədar ayrı-ayrı regionlara avtobuslarla səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib.

BDYPİ-dən Axar.az-a bildiriblər ki, qış mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilərin, təhsil müəssisələrindəki azyaşlı uşaqların, eləcə də digər müəssisə və təşkilatlarda çalışan əməkdaşların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil olunur. Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə edilir. Təəssüf ki, qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı bəzən nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət edilməsinə nəzarət olunmur. Nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədilə BDYPİ sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, qış mövsümü ilə əlaqədar məktəb şagirdlərinin avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlərini yalnız sərnişindaşıma sahəsindəki mövcud qanunvericiliyə uyğun olaraq, aşağıda qeyd olunan tələblərə ciddi riayət olunmaqla təşkil etməlidirlər:

-Uşaq qruplarının avtobuslarla daşınması yalnız “D” kateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilməlidir;

-Uşaq qruplarının 400 kilometrdən artıq məsafəyə daşınması üçün hər avtobusa iki sürücü təhkim olunmalıdır;

-Növbəarası istirahəti 12 saatdan az olan və ya reysqabağı tibbi müayinədən keçməyən sürücülər tərəfindən yaxud texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılmayan avtonəqliyyat vasitələri ilə uşaqların daşınması üçün reysə çıxmasına yol verilməməlidir;

-Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə, daşınmanın sifarişçisi tərəfindən bir, uşaqların sayı 20-dən çox olduqda isə iki böyük müşayiətçi təyin edilməlidir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçilərdən biri baş müşayiətçi təyin edilməli, həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı daşıma qaydalarından irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir;

-Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq, uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq, yandırılmalı və onlar “Uşaqların daşınması” tanınma nişanı ilə təchiz edilməlidir.

-Uşaq qruplarının saat 23.00-dan 05.00-dək olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmir yolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə, yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir.

Belə daşımaların təhlükəsizliyinin təmin olunması məqsədilə xahiş olunur ki, səyahət təşkil edən müəssisələrin və təşkilatların rəhbərləri uşaqları daşıyacaq nəqliyyat vasitələrinin gedəcəkləri istiqamətdə müşayiət olunmaları üçün səfərdən beş gün əvvəl ərazi üzrə DYP bölmələrinə müraciət etsinlər.

Tarix
2016.12.09 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla