Yuxarı

Bakıda Beynəlxalq Uşaq Kitabı Günü keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçirilib.

"Axar.az"ın müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə kitabxanının direktoru Şəhla Qəmbərova açaraq bu günün əhəmiyyətindən danışdı. Daha sonra tədbirdə uşaq ədəbiyytını sərgiləyən slayd, 22 başlıq altında 700 uşaq ədəbiyyatı nümunəsi və "Xalq yaradıclığı paytaxtları - 2009-2014-cü il" başlığı altında sərgi nümayiş etdirildi. Sərgi 5 aprelədək davam edəcək. Tədbirin sonunda iştirakçılara və məktəbli oxuculara kitabxananın təsis etdiyi "Göy qurşağı" jurnalının sonuncu sayı hədiyyə edildi.

Tədbirdə uşaq yazıçı və şairlərindən İlyas Tapdıq, Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Gülzar İbrahimova, Ələmdar Quluzadə, Aygün Bünyadzadə, Reyhan Yusifqizi, uşaq ədəbiyyatı tənqidçisi, ədəbiyyatşünas alim Füzuli Əsgərli, "Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğlu, "Tumurcuq" qəzetinin redaktoru Səməd Məlikzadə və məktəblilər iştirak edib, Beynəlxalq Uşaq Kitabı Gününün tarixi və Kitabın dəyəri barədə maraqlı fikirlərini bölüşüblər.

Xatırladaq ki, 1967-ci ildə UNESCO-nun Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının (International Board on Books for Young PeopleIBBY) təşəbbüsü və qərarı ilə dünya şöhrətli uşaq yazarı H.K.Andersenə böyük hörmət və sevginin əlaməti olaraq yazıçının doğum günü - 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü elan edilib. Kitabxana bu əlamətdar gün münasibətilə VI Milli Uşaq Kitabı Sərgisi təşkil edib.

Tarix
2014.04.02 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla