Yuxarı

Yol polisindən sürücülərə bayram - Xəbərdarlığı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən sürücülərə bayram  -

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı sürücülərə və piyadalara müraciət edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Axar.az-a bildirib ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı beş qeyri-iş günü ilə əlaqədar regionlara, ayrı-ayrı rayonlara gedən əhalinin sayı çox olacaq:

“Bununla əlaqədar yollarda, xüsusilə də respublika əhəmiyyətli yollarda nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunacaq. Ona görə də səfərə çıxan sürücülərdən sürət həddinə və ötmə qaydalarına düzgün riayət etmələrini tövsiyyə edirik. Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq və bu günlər ərzində yol-hərəkət qaydalarına əməl edilməsini təmin etmək, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə hallarının qarşısınının alınması məqsədilə respublikanın avtomobil yollarında, o cümlədən yerli əhəmiyyətli yollarda mütəmadi reydlər keçiriləcək. Ona görə də sürücülərdən xahiş olunur ki, bayram günlərində qaydalara ciddi riayət etsinlər və sərxoş vəziyyətdə sükan arxasında əyləşməsinlər”.

K.Əliyev həmçinin, piyadalara da müraciət edib:

“Bu bayram günlərində, xüsusilə paytaxt Bakıda gəzintiyə çıxan insanların sayı çox olacaq. Buna görə də piyadalardan da çox xahiş edirik ki, yolu onlar üçün müəyyən olunmuş yerlərdən keçsinlər, yolun hərəkət hissəsinə çıxmasınlar, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər”.

Tarix
2016.12.29 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı

Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı

AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...

Azərbaycandan alırıq, qalır satmaq...

ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla