Yuxarı

Qalib jurnalist 800 manat alacaq - Müsabiqə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təhsil və Cəmiyyət" mövzusu üzrə jurnalist müsabiqəsi keçirilir.

"Axar.az" xəbər verir ki, "İnternyus-Azərbaycan" təşkilatının təşkil etdiyi müsabiqə Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının (The Black Sea Trust Fund for Regional Cooperation) dəstəyi ilə reallaşdırılır.

Müsabiqəyə təhsil sahəsinin müxtəlif məsələlərinə aid jurnalist araşdırmaları – yazılar, video və radio materialları qəbul olunur.

Bir yazının həcmi 10 min işarədən artıq olmamalıdır. Bir video materialın həcmi 10-13 dəqiqə arasında, radio materialın həcmi isə 15 dəqiqəyədək olmalıdır.

Araşdırma yazıları 2014-cü ilin iyun ayının 12-dək bu e-mailə göndərilməlidir: [email protected].

Video və radio materiallar isə diskdə müsabiqənin koordinatoruna təqdim olunmalıdır.

Münsiflər heyətinin yekun qərarı iyun ayının sonlarında, xüsusi yığıncaqda açıqlanacaq.

1-ci yeri tutan araşdırmanın müəllifinə 800 manat, 2-ci yeri tutan araşdırmanın müəllifinə 600 manat, 3-cü yeri tutan araşdırmanın müəllifinə 400 manat məbləğində pul mükafatı veriləcək (vergilər bu məbləğə daxildir).

Bundan əlavə, fəal iştiraka görə həvəsləndirici mükafatlar nəzərdə tutulub: əsas qaliblər sırasına düşməyən jurnalistlər "İnternyus-Azərbaycan" İctimai Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, digər mötəbər təşkilatlar tərəfindən təşəkkürnamə və sertifikatlarla təltif ediləcəklər.

Müsabiqədə uğur qazanan işlər "Mediaforum.az" saytında və bir neçə digər media orqanlarında təqdim olunacaq.

Qiymətləndirmə meyarları:

1. Təhsildə yeni (yaxud diqqətdən kənarda qalan) ideya və istiqamətlərə aid məsələlərin işıqlandırılması — Balların sayı: 1-10.

2. Real faktlara əsaslanma, rəqəmlərin və digər göstəricilərin mənbəyinin səhihliyi — Balların sayı: 1-10.

3. Materialın maraqlı və aydın üsluba malik olması — Balların sayı: 1-10.

4. Araşdırmada qaldırılan məsələnin (problemin) həllinə dair konstruktiv fikirlərin ortaya çıxarılması — Balların sayı: 1-15.

5. Yazılarda mövzuya uyğun 2-3 fotoşəkilin verilməsi; video materiallarda çəkilişin keyfiyyəti; radio materiallarda səs yazısının keyfiyyəti — Balların sayı: 1-7.

Əlaqə telefonları: Müsabiqənin koordinatoru (050) 200-03-49; (012) 434-71-05 (daxili nömrə11)

E-mail: [email protected]

Tarix
2014.04.03 / 19:10
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla