Yuxarı

Direktor müşaviri açıqlama yaydı: Yalandır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktor müşaviri açıqlama yaydı: Yalandır

Bir sıra kütləvi informasiya vasitələrində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank müştərilərinin hesablarından nağd pulun götürülməsinə dair yeni məhdudiyyətlərin qoyulması barədə xəbərlər dərc olunub.

Axar.az xəbər verir ki, bununla bağlı çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq, məsələnin ictimaiyyət üçün aydınlaşdırılması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov açıqlamaya yayıb. Açıqlamada bildirilir ki, MBNP tərəfindən hər hansı bir qadağa və ya məhdudiyyət tətbiq edilməyib.

“Məlum olduğu kimi, 1 yanvar 2017-ci il tarixindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Həmin Qanunla vergi ödəyiciləri arasında nağdsız hesablaşmalara dair bir sıra məhdudiyyətlər, habelə bu hesablaşmaların aparılmasına dair xüsusi rejim müəyyən edilib.

Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında banklardan nağd çıxarılan vəsaitlərin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununa uyğunluq baxımından araşdırılması və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi MBNP-na həvalə olunub. Qanunun qüvvəyə minməsindən ötən iki ay ərzində yeni rejimin tətbiqi vəziyyəti ilə əlaqədar MBNP tərəfindən monitorinqlər aparılıb. Monitorinqin nəticəsi olaraq MBNP banklara əlavə tövsiyələr, xüsusilə açıq-aşkar iqtisadi məqsədi olmayan əməliyyatların monitorinq rejiminə əməl olunmasına dair tapşırıqlar verib.

Maliyyə Bazarlarına Nəzarət Palatası həmçinin, biznes subyektlərini “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə dəvət edir”, - müraciətdə qeyd edilir.

Tarix
2017.03.16 / 21:33
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terror aktı var?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla