Yuxarı

Fövqəladə Hallar naziri və 6 müavini - Tərcümeyi-hal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fövqəladə Hallar naziri və 6 müavini - Tərcümeyi-hal

Dünən Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyi haqqında əsasnamədə dəyişiklik edərək qurumda nazir müavinlərinin sayını 4-dən 6-ya qaldırıb.

Ölkə başçısı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova iki yeni müavin də təyin edib.

Prezidentin Sərəncamı ilə Teymur Ramiz oğlu Mehdiyev və Tapdıq Əhliman oğlu Əmiraslanov Fövqəladə Hallar nazirinin müavini vəzifəsinə təyinat alıb. Prezidentin digər sərəncamı ilə Teymur Ramiz oğlu Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.

Hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun 1 birinci müavini və 6 müavini var.

Birinci müavin Rəfail Mirzəyevdir. Nazir müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev, Ragim Lətifov, Orucəli Hacıyev, Teymur Mehdiyev və Tapdıq Əmiraslanovdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov general-polkovnik rütbəsindədir.

1961-ci ilin iyulun 15-də Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universiteti (keçmiş Azərbaycan Dövlət Universiteti) və Azərbaycan Universitetini bitirib. Kəmaləddin Heydərov Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun oğludur. Ailəlidir, 2 övladı var.

Nazirin birinci müavini Rəfail Xalid oğlu Mirzəyev general-leytenant rütbəsinə sahibdir. R.Mirzəyev 1959-cu ilin fevralın 19-da Gürcüstanın Marneuli rayonunda anadan olub. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Ailəlidir, 3 övladı var.

***

Faiq Cavad oğlu Tağızadə general-leytenantdır. F.Tağızadə nazirin tibb xidməti üzrə müavini vəzifəsini icra edir. O, 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir.

Faiq Tağızadə 1951-ci ildə noyabrın 17-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Ailəlidir, 3 övladı var.

Etibar Böyükbəy oğlu Mirzəyev general-leytenant rütbəli digər müavindir. 1958-ci ilin noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Universiteti) bitirib. Ailəlidir, 2 övladı var.

General-leytenant Ragim Əhəd oğlu Lətifov 1963-cü ilin mayın 23-də Qəbələ şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Orucəli Məmməd oğlu Hacıyev 1959-cu ildə aprelin 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Teymur Mehdiyev 1975-ci ildə iyunun 25-də Gürcüstanın Suxumi şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 1997-1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, 1999-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyib.

T.Mehdiyev 2001-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyib. 2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006-2011-ci illərdə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, 2011-2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində işləyib. 2011-ci ildə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur.

Tapdıq Əhliman oğlu Əmiraslanov 1978-ci ilin fevralın 7-də Moskva şəhərində anadan olub O, ABŞ Hyuston Universiteti və St.Thomas Universitetini bitirib, iqtisad elmləri namizədidir Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun oğludur.

Ailəlidir, 2 övladı var.

Tarix
2014.05.06 / 17:59
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla