Yuxarı

Bakıda növbəti manyak: qız uşaqlarına zəng edir və…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda növbəti manyak: qız uşaqlarına zəng edir və…

Bakının Əhmədli qəsəbəsində yeniyetmə qızlara zəng edərək əxlaqsız təkliflər edən manyak peyda olub.

Bu haqda Axar.az-a adının dərc olunmasını istəməyən valideyn göndərdiyi məktubunda yazıb.

“Saytınızda “Bakıda manyak peyda oldu” başlıqlı xəbəri oxuduqda dəhşətə gəldim. Eyni hadisə övladımın da başına gəlib. Yeganə fərq manyakın həm də zəng edərək əxlaqsız sözlər deməsidir. Qızım bu hadisədən sonra çox qorxub. Dediyinə görə, həmin şəxs ona gizli nömrə ilə zəng edir, hədə-qorxu gəlir, ədəbsiz sözlər deyir.

Gələn zənglərin birini mən açdım və dediklərinə sakitcə qulaq asdım. Bundan sonra onun nömrəsini və kimliyini öyrəndim. Sonradan zəng eləsəm də, telefonu götürən şəxs manyakın əmisi olduğunu deyərək, üzr istəməyə başladı”, - valideyn bildirib.

Məsələ ilə bağlı valideynin verdiyi nömrə ilə əlaqə saxladıq. Telefonu götürən şəxs belə bir hadisənin olmadığını, qarşı tərəfin səhv iddia ilə müraciət etdiyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif Axar.az-a açıqlamasında bildirdi ki, bununla bağlı şikayətçi şəxs yalnız özü idarəyə yaxınlaşdıqdan sonra müraciət nəzərə alına bilər.

Qeyd edək ki, Xətai rayonunda, Ali Məhkəmənin yaxınlığında orta məktəbdən çıxan məktəbli qızların qarşısını kəsərək, əxlaqsızlıq edən manyak olayını Bakı şəhər BPİ nəzarətə götürüb.

Tarix
2017.05.08 / 11:05
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla