Yuxarı

Azərbaycan atçılığının zəngin tarixi Vindzora qayıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan atçılığının zəngin tarixi Vindzora qayıdır

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Yelizaveta dünyanın ən məşhur mahir atçılarından biridir. İlk atı ona dörd yaşında hədiyyə ediblər. Altı yaşında isə miniciliyə başlayıb. Beləliklə, Kraliçanın 87 il misilsiz minicilik təcrübəsi var. O, Cins At Yetişdirənlər Assosiasiyasına himayə edir.

Dünyada atçılığın, atların əhilləşdirildiyi ilk regionlardan biri də Azərbaycandır.

Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi cins olan Qarabağ atları yaxşı xasiyyəti, sədaqəti, gücü və sürəti ilə tanınırlar. Bu növ atlardan qədim Azərbaycan oyunu olan, polodan əvvəl yaranmış, çovqan oyununda da istifadə olunur. Bu oyun YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Kraliça II Yelizavetaya 1956-cı ildə hədiyyə edilən “Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gətirilmiş ilk Azərbaycan cinsi kimi tarixə düşüb. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində onun vətəni işğal edilib. Hazırda atlar Ağdam At Zavodunda yetişdirilir. Qarabağ atları təhlükə altında olan at cinsi sayılır.

Axar.az-ın məlumatına görə, artıq altıncı ildir ki, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Britaniya monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Vindzor qəsrində keçirilən ənənəvi Kral Vindzor At Şousuna dəstək verir. 2016-cı ildə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi cins olan Qarabağ atları Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla təmsil olunub. Builki tədbir 10–14 may tarixlərində keçirilir.

“Kral tədbiri ilə əlaqəli olmaq hər zaman qürurverici bir haldır. Vindzor At Şousu Kral Ailəsi və Britaniya ictimaiyyətinin ən çox sevdiyi tədbirlərdəndir. Böyük Britaniyada atçılıq ənənələri Azərbaycandakı qədər qədimdir və hər il keçirilən bu tədbir həmin ortaq məhəbbəti nümayiş etdirməyə imkan yaradır”, - Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter deyib.

Tarix
2017.05.13 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla