Yuxarı

Bu insanlardan necə qorunmalı? – Hər kəsə vacib 13 üsul

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siz onların toruna artıq düşmüsünüz?

Destruktiv insanlar - bədxassəli narsizmin (özünə vurğunluq), psixopatiyanın və antisosial xüsusiyyətlərin daşıyıcılarıdır; onlar tez-tez münasibətlərdə qeyri-addekvatlıq göstərirlər, nəticədə öz tərəfdaşlarını ya istismar edir, ya da onlarla bərabər öz doğmalarını da alçaldır və xətirlərinə dəyirlər.

Onlar çoxsaylı fikir yayındırıcı fəndlərdən istifadə edirlər. Bu minvalla da qurbanı məlumatsız buraxaraq, bütün baş verənlərə görə məsuliyyəti məhz onun üzərinə yıxmağı düşünürlər.

Bu üsuldan yalnız narsizmlə bağlı şəxslər istifadə etmir, eyni zamanda, narsizmin üstünlüyünü bəyan etməyə meyilli olan şəxslər də öz hərəkətlərinə görə cavabdehlikdən boyun qaçırmaq məqsədi ilə bu üsullara əl atırlar.

Beləliklə, sizin fikrinizi yayındıran və susmağa məcbur edən 13 üsulu təqdim edirik.

1. Qazlaytinq

Qazlaytinq - manipulyativ bir üsuldur; bu cür halı oxşar ifadələrlə aydınlaşdırmaq daha asan olar: “Bu cür olmayıb!”, “Sənin gözünə görünüb!” və ya “Dəli olmusan?” kimi tipik ifadələrlə müşahidə olunur.

Qazlaytinq - manipulyasiyada istifadə olunan ən məkrli üsullardan biridir, çünki o sizin reallıq hissiyatınızı çaşdırmağa, özünüzə inanmaq bacarığınızı parçalamağa yönləndirilmişdir və nəticədə siz pis münasibətə, özünüzə qarşı təhqirlərə və öz şikayətlərinizin həqiqi olmasına şübhə ilə yanaşırsınız.

Özünəvurğun insan, psixopat və ya sosiopat bu təcrübəni sizə qarşı istifadə etdikdə avtomatik olaraq onun tərəfini saxlamağa başlayırsınız ki, yaranmış koqnititiv dissonansı qoruyub saxlaya biləsiniz.

Sizin qəlbinizdə iki barışmaz təsir bir-biriləri ilə mübarizə aparır. Manipulyator sizi əmin etməyə çalışır ki, birinci hal ümumiyyətlə istisna təşkil edir, sonuncu isə sizin qeyri-adekvat olmağınızı sübut edən həqiqətdən ibarət olur.

Qazalaytinq halına davamlı tab gətirmək üçün öz şəxsi reallığınızda dayaq tapmalısınız: bəzən baş verənləri xüsusi gündəliyə qeyd etmək, dostlara danışmaq və ya dəstək qrupu ilə bölüşmək kifayət edir.

Dayağın dəyərliliyi məhz ondadır ki, o artıq manipulyatorun çaşdırıcı reallığından çıxaraq, hadisələrə müstəqil şəkildə yanaşa bilər.

2. Cəhənnəm əzabına bənzər mənasız danışıqlar.

Əgər siz destruktiv şəxsiyyətlə məntiqi ünsiyyətə köklənmisinizsə, məyus olacaqsınız; diqqətli həmsöhbətin əvəzinə sizi epik “beyin yeyən” gözləyir.

Özünəvurğunlar və sosiopatlar sizin onlarla razılaşmadığınız məqamda və ya onların fikrini mübahisəyə çevirdikdə, düşüncə axını, çevrədə gedən söhbətlər, şəxsiyyətlərə keçid, proyeksiya və qazlaytinq üsulundan istifadə edir ki, sizi diqqətdən yayındırsın və çaşdırsınlar. Bu məhz onun üçün həyata keçirilir ki, sizi diskreditasiya edərək, yayındırsın, məyus etsınlər, əsas mövzudan kənara çəkərək, başqa insanın yerinə olan günahı öz üzərinizə götürəsiniz; məhz ona görə ki, sizi əsas mövzudan yayındıraraq, baş verənlərə görə vicdan əzabı hissini yaşamağa məcbur etsinlər. Onların nəzərincə, bütün problem sizin varlığınıza əsaslanır.

Özünü sevən insanla on dəqiqə söhbət yetərlidir ki, siz artıq bu söhbətə necə girişdiyinizi düşünməyə başlayasınız. Siz onun ağlasığmaz iradına narazılıq bildirdikdə, sanki göy – qırmızı rəngə boyanır və bizim bütün uşaqlığımız, dostlarımız, ailəmiz, karyeramız və həyat tərzimiz gülməli dərəcədə palçığa bulaşmış təsiri bağışlayır. Bu təsəvvür məhz ona görə yaranır ki, sizin narazılığınız onun yalan əminliyi ilə ziddiyat təşkil edir, sanki o güclüdür və hər şeyi biləndir.

Yadda saxlayın ki, destruktiv insanlar sizinlə mübahisə etmirlər, onlar özləri ilə mübahisə edirlər, siz isə sadəcə olaraq uzun, bezdirici monoloqun iştirakçısına çevirilirsiniz.

Onlar dramatizmi xoşlayır və yalnız onun üçün yaşayırlar. Onların ağlabatmaz fikirlərinə müəyyən arqument tapmağa çalışaraq, siz yalnız onların tonqalına daha çox “odun yığmış” olursunuz. Özünəvurğunları özləri ilə qidalandırmayın - yaxşısı budur ki, öz təfəkkürünüzə problemin sizdə olduğunu deyil, məhz onların təhqiredici davranışında olduğuna əminlik gətirin.

Özünəvurğunluğun ilk əlamətlərini hiss etdikdə, onlarla ünsiyyəti kəsin və öz vaxtınızı sizin üçün daha xoş olan başqa bir istiqamətə sərf edin.

3. Məsuliyyətdən qaçma il bağlı mövzu dəyişikliyi

Bu manevr “bəs mən necə? - sindromu” adlanır. Bu hal sözün əsl mənasında müzakirə olunan mövzudan kənara çəkilməkdir və məqsəd diqqəti başqa istiqamətinə yönəltməkdən ibarətdir. Özünəvurğunlar heç bir zaman öz şəxsi məsuliyyətləri ilə bağlı müzakirələr etməyi sevmirlər, ona görə də onlar söhbəti özlərinə lazım olan istiqamətə tərəf yönəldirlər. Siz şikayət edirsiniz ki, o uşaqlara zaman ayırmır? O sizə yeddi il bundan əvvəl etdiyiniz səhvi xatırladacaq. Bu manevr heç bir zaman mövzu çərçivələrinə tabe deyildir və adətən növbəti sözlərdən başlayır: “Sən isə...”

İctimai dərəcədə bu cür üsullar status-kvonu şübhə altına gətirən müzakirələri kəsmək üçün istifadə edilir. Misal üçün, azcinslilərin hüquqları ilə bağlı danışıq yalnız ona görə kəsilə bilər ki, iştirakçılardan kimsə başqa, daha bir zəruri problem haqqında söhbət açar və bununla da başlanğıcda olan ümumi diqqəti yayındırmış olar.

«Speaking Out: A 21-st Century Handbook for Women and Girls» kitabının müəllifi Tara Mossun qeyd etdiyi kimi, lazım olan məsələlərin həlli və baxılması üçün konkretlik gərəkdir ki, bu da atüstü qaldırılan mövzularla əsas hesab edilmir, çünki hər bir ailənin ümümilikdə öz mövzusu və öz konteksti var.

Əgər kimsə anlayışlarda dəyişiklik etməyə cəhd edirsə, mövzudan yayınmayın, “xarab olmuş val” üsulunu təkrar edərək, mövzudan kənara çıxmayaraq, əminliklə faktları təkrarlamağa çalışın.

Əqrəbləri geri döndərin, söyləyin: “Mən hal-hazırda bunu söyləmək istəməzdim. Gəlin, mövzudan yayınmayaq”. Əgər bu üsul köməklik göstərməsə, danışığı kəsin və öz enerijinizi daha faydalı məcrəya istiqamətləndirin - misal üçün, öz həmsöhbətinizdə üç yaşında uşağın ağlı səviyyəsində ilişib qalmayan şəxsi axtarıb tapmağa çalışın.

4. Gizli və açıq təhlükələr

Özünəvurğunlar və digər destruktiv şəxsiyyətlər onlara bütün dünyanın borclu olduğuna, yalançı üstünlük təkəbbürlərinə və ya özünüsevmə hisslərinə şübhə edən kəslər gördükdə, özlərini olduqca narahat hiss edirlər.

Onlar digər insanlara qarşı əsassız tələblər irəli sürməyə meyillidirlər və bununla da onlara uyğun olmayan əlçatmaz gözləntilərə görə sizi cəzalandırmağa hazırdılar.

Fikir ayrılığını aydın şəkildə həll etmək və güzəşt yolları axtarmaq naminə onlar sizin şəxsi fikrinizdən danışma hüququnuzu əldə etməyə çalışırlar, bununla da onların tələblərinin uyğunsuzluğu və ya riayət olunmaması ilə bağı istənilən narazılıqlara və ya tələblərinin həyata keçirilməməsi ilə bağlı nəticələrdən qorxmağı öyrənməyə sövq edirlər. İstənilən fikir ayrılığına onlar ultimatumla cavab verirlər və onların standart reaksiyası bu cür olur; “bu cür hərəkət et, əks halda mən bu cür edəcəm”.

Əgər sizin “çərçivələr göstərmək” cəhdlərinizə və ya xoş fikir söyləmək istəyinizə cavab olaraq amiranə ton və ya hədələr, pərdəli eyhamlar eşitsəniz, o zaman əmin olun ki, qarşınızda hər kəsin ona borclu olduğunu sanan yekəxana insan var və o, heç bir zaman güzəştə getməyəcək. Hədələri ciddi olaraq qəbul edin və özünəvurğun olan şəxsə sübut edin ki, siz heç də zarafat etmirsiniz: imkan daxilində bütün baş verənləri sənədləşdirin və onlar haqqında lazımi instansiyalara xəbər verin.

5. Təhqirlər

Özünəvurğunlar öz üstünlük qabiliyyətlərinə qarşı cüzi olsa da təhlükə hiss edərlərsə, preventiv olaraq milçəkdən fil yaradarlar. Onların anlayışında yalnız onlar haqlıdırlar və başqa fikir söyləyə biləcək hər bir kəs onlara özünəvurğunluq zədəsi yaratmış olur. Mark Qustonun sözlərinə əsasən, özünəvurğunluq qəzəbi - özünü aşağı dəyərləndirmə nəticəsi olaraq nəzərə alınmır, daha çox öz şəxsi günahının olmaması və yalançı üstünlük təfəkkürü kimi formalaşır.

Bu cür tiplərin ən aşağı səviyyədə olan nümayəndələrinin qarşısında özünə vurğunluq qəzəbi - təhqirlər forması əldə edir.

Təhqirlər - sizin əqli imkanlarınızı ələ salmaq və ya lağ etmək qədər ən sadə və tez sayılan üslubdur, belə olduğu halda sizi öz şəxsi düşüncənizə uyğun olaraq, insan olmaq hüququnuzdan əlüstü məhrum edirlər. Təhqirlər həmçinin sizin əminliyinizi, fikir və ideyalarınızı tənqid etmək üçün də istifadə oluna bilər. Əsaslı fikir və ya əminliklə olan təsdiq sosiopatın və ya özünəvurğun şəxsin əlində qəfil olaraq “gülməli” və ya “axmaq” görünə bilər. Sizin arqumentlərinizə qarşı heç bir hücuma gücü olmadığından, özünə vurğun şəxs sizin özünüzə hücum edir və bununla da sizin hörmətinizi və əqli bacarıqlarınızı şübhə altına salmağa səy göstərir. Elə ki, təhqirlər işə düşür, sonrakı ünsiyyəti qırmaq və birmənalı şəkildə bir də bu münasibətə dözə bilməyəcyinizi dilə gətirməyiniz gərəkdir. Baş verənləri özünüzə aid etməyin: anlayın ki, onlar təhqirə yalnız onun üçün başlayırlar ki, öz fikirlərini sizə başqa cür çatdırmaq qabiliyyətinə malik deyildirlər.

6. Əhliləşdirmə

Destruktiv insanlar sizdə güclü tərəflərin aşılanmasına, istedad və qəddar münasibətlə xoşbəxt xatirələri, peşmançılığı və hörmətsizliyi öyrədirlər. Bu məqsədlə sanki qeyri-ixtiyari sizin yüksək keyfiyyətləriniz və xüsusiyyətləriniz haqqında alçaldıcı ifadələrə yol verirlər, hansılarla ki, özləri bir zaman nə vaxtsa qürur duyurdular, həmçinin sizin məqsədlərinizi ləngitməklə, bayramlarınızı, tətil və isirahət günlərinizi pozurlar.

Onlar həmçinin sizi dost və yaxınlarınızdan ayıra bilər və onlardan maddi baxımdan asılı saxlayarlar. Sizi, nəticə etibari ilə, “Pavlovun itləri kimi əhliləşdirirlər”, bununla da sizdən həyatınızı bir zamanlar tam dolğun edən hər bir şeyə qarşı qorxu yaradırlar.

Özünəvurğun insanlar, sosiopatlar, psixopatlar və digər destruktiv şəxsiyyətlər bunu məhz onun üçün edirlər ki, bütün diqqəti özlərindən sizin onların tələbatlarını qane etmək məsələlərinə tərəf yayındırsınlar.

Əgər hər hansı faktor bütövlüklə və ya tam olaraq sizin həyatınızı idarə edə bilərsə, onlar onu məhv etməyə can atırlar. Onlara hər zaman diqqət mərkəzində qalmaq lazımdır. İdealizasiya mərhələsində siz özünəvurğun şəxlərin dünyalarının mərkəzi hesab edilirdiniz - indi isə özünəvurğun şəxs sizin dünyanızın mərkəzi hesab olunmalıdır.

Bundan əlavə, özünəvurğun şəxslər təbiətcə patoloji olaraq qısqancdırlar və sizi onların təsirindən azacıq da olsa kənarlaşmağınızı qəbul etməzlər. Onlar üçün sizin xoşbəxtliyiniz dar emosional mövcudluqların əlçatmaz amilidir. Son olaraq, əgər siz hər hansı bir qeyri-destruktiv şəxsdən sevgi və ya dayaq aşkar edə bilsəniz, onlardan ayrılmağa sizi nə məcbur edə bilər? Destruktiv insanın əllərində “əhliləşdirilmə” – sizi hər zaman ayaq barmaqlarınızın ucunda gəzməyə və hər zaman arzunuza doğru yarı yolda dayanmağa məcbur edən keçərli üslubdur.

7. Sevgi ilə atəşə tutma və dəyərsizləşdirmə

Destruktiv insanlar sizi tələyə düşənədək onlarla dostluq və ya sevgi münasibətlərinə başlamağınıza qədər, sizi idealizasiya mərhələlərindən keçirirlər. O zaman onlar sizi dəyərsizləşdirməyə başlayır, ilk əvvəl sizdə onları cəlb edən hər bir şeyə nifrət bildirirlər. Digər ənənəvi hal - destruktiv insan sizi pyedestala çıxarır və aqressiv şəkildə onun üstünlük cəhətlərinə təhlükə yaradan səsə qarşı dəyərsizləşdirmə və təhqiri ifadələrə başlayır.

Özünəvurğunlar bunu daim edir; onlar öz keçmiş partnyorlarını yeni partnyorları qarşısında təhqir edir və zamanla yeni partnyorlara qarşı da eyni hörmətsizliklə davranırlar.

Nəticə etibari ilə istənilən partnyor öz üzərində digərlərinin hiss etdiyini hiss edəcək. Bu cür münasibətlərdə siz qaçılmaz olaraq növbəti keçmiş partnyora çeviriləcəksiniz, hansını ki, o, bu cür öz növbəti dostunun yanında rüsvay edəcək.

Sadəcə olaraq, siz bu haqda hələ məlumatlı deyilsiniz.

8. Trianqulyasiya (ölçülmə)

Kənar insanın düşüncəsinə istinad və ya ünsiyyət dinamikasında cəlb etmə - trianqulyasiya adlanır.

Destruktiv fərdin düzgünlüyünün təsdiqi üçün və onun qurbanının reaksiyalarının dəyərsizləşdirilməsi ilə bağlı trianqulyasiya tez-tez sevgi üçbucaqlarının yaranmasına gətirir, harada ki, siz özünüzü köməksiz və qeyri-stabil hiss edirsiniz.

Özünəvurğun şəxslər partnyora, tanımadığı insanlara qarşı, keçmiş həyat yoldaşları, dostları və hətta onların ailə üzvlərinə trianqulyasiyanı tətbiq etməyi xoşlayır ki, onlarda qısqanclıq və özünə inamsızlıq yarada bilsinlər.

Onlar həmçinin digərlərinin fikrini istifadə etməyi xoşlayır ki, bu vasitə ilə öz nöqteyi-nəzərlərini təsdiqləyə bilsinlər.

Bu manevr sizin diqqətinizi psixoloji zorakılıqdan yayındırmağa və özünə vurğun şəxsi müsbət obrazda məşhur, arzu olunan insana çevirməyə qadirdir.

Üstəgəl, siz öz özlüyünüzdə şübhələnməyə başlayırsınız; əgər Məryəm Teymurla razıdırsa, o zaman belə çıxır ki, mən haqlı deyiləm? Əslində isə özünəvurğun şəxslər məmnunluqla haqqınızda başqaları tərəfindən deyilən bütün iyrənclikləri “yenidən danışırlar”, halbuki, özləri sizin arxanızca xoşagəlməz ifadələr söyləyirlər.

Trianqulyasiyaya tab gətirmək üçün yadda saxlayın: özünə vurğun şəxs sizi hansı insanla trianqulyasiya etsə belə, sözügedən insan həmçinin sizin özünəvurğun şəxslə münasibətlərinizi trianqulyasiya edirdi. Nəticə etibari ilə özünəvurğun şəxs bütün rollara rəhbərlik edir. Ona öz şəxsi ”trianqulyasiyası” ilə cavab verin - ona tabeliyində olmayan üçüncü dayaq tərəfini tapın və unutmayın ki, sizin mövqeyiniz dəyərli hesab edilir.

9. Sərhədlərin yoxlanışı və tozsoran taktikası

Özünə vurğun şəxslər, sosiopatlar və digər destruktiv insanlar daim sizin sərhədlərinizi yoxlayırlar ki, onlardan hansılarını qıra biləcəklərini anlasınlar. Pozuntu halları nə dərəcədə çox olarsa, onlar bir o qədər dərinliyə baş vuracaqlar.

Məhz buna görə də emosional və fizioloji zorakılığa məruz qalan insanlar, adətən, onların xətirlərinə dəyən insanlara qayıtdıqda daha qəddar münasibətlə qarşılaşmalı olurlar.

Zorakılıq edən insanlar adətən “tozsoran taktikasından” istifadə edirlər, sanki, bununla da öz qurbanlarını şirin ünsiyyətlə, saxta peşmanlıqla və onları yeni təhqirlərə təşrif etmək üçün necə dəyişildikləri ilə bağlı boş sözlərlə geriyə “sovururlar”.

İnciyən insanın ağrılı təfəkküründə bu yoxlama zorakılığa qarşı müqavimət göstərilməyə və ona qayıdışa görə cəza qismində tətbiq olunur. Özünəvurğun şəxs hər bir işi səfərdən başladıqda, öz sərhədlərinizi daha çox bağlayın və onlardan kənara çəkilməyin.

Yadda saxlayın ki: manipulyatorlar empatiyaya və məyusluğa reaksiya göstərmirlər. Onlar yalnız nəticələrə münasibət bildirirlər.

10. Zarafat anlayışı altında aqressiv sancmalar

Qapalı özünəvurğun şəxslər sizə iyrəncliklər deməyi sevirlər. Onlar bütün bunları sanki “zarafat olaraq” söyləyirlər və bununla da arxalarınca xoşagəlməyən şərhlər üçün sanki haqq qazanmış olurlar, bununla da günahsız rahatlıq hissini saxlayırlar.

Lakin sizə kobud, xoş olmayan rəylərə əsəbləşmək yetər ki, onlar sizin yumor hissinizin olmamasında sizi ittiham edə bilər. Bu yayılmış üsul sözlü təhqilərdə ifadə olunur.

Manipulyatoru nifrət dolu təbəssüm və gözlərində sadistlərə xas parıltı ələ verir: öz ovu ilə oynayan yırtıcı kimi o sizi cəzasız olaraq günahlandırmaqdan zövq ala bilər. Bu axı sadəcə olaraq zarafatdır, elə deyil? Elə deyildir. Bu sizə onun təhqirlərinin yeridilməsinin əsas üsuludur.

Bu cür məsələlərdə öz sözünüz üzərində dayanaraq, bu cür münasibətə dözməyəcəyinizi bildirmək əsasdır.

Siz manipulyatorun diqqətini bu cür qapalı təhqirlərə yönəltdikdə, o, sadəcə olaraq, qazlaytinqə gələ bilər, lakin bununla belə, öz mövqeyinizi qorumağa çalışın ki, onun davranışı qəbul olunmazdır və əgər bu kömək etməsə, onunla ünsiyyəti kəsin.

11. İltifatlı sarkazm və amiranə ton

Digər insanların kiçildilməsi və alçaldılması - destruktiv insanın ən güclü tərəfidir və onun səs tonu - yalnız arsenalında olan çoxlu alətlərindən biridir. Bir-birlərinin ünvanına sarkazm dolu remarklar atmaq - qarşılıqlı olduqca əyləncəli olur, lakin özünəvurğun insan sarkazma istisna olaraq manipulyasiya və alçaltma məqsədi kimi yanaşır. Bu sizə toxunursa, deməli. siz “artıq dərəcədə həssassınız”.

Onun hər dəfə isterika yaratdığında, kimsə onu şişirdilmiş eqosuna görə tənqid etməyə cürət etdikdə, məhz bu qurban yüksək hissiyatlıya çevirilir.

Sizə daim uşaq kimi yanaşdıqda və sizin hər ifadənizi mübahisə predmeti etdikdə, sizdə ittihamdan qorxmayaraq oz hisslərinizi ifadə etmək qorxusu yaranır. Belə özünü senzura zorakı insanı sizin ağzınızı bağlamaq zərurətindən azad edir, çünki siz bunu müstəqil şəkildə həyata keçirirsiniz.

İltifatlı davranış tərzi ilə və ya amiranə ton ilə qarşılaşdıqda, bu haqda dəqiq və ya açıq şəkildə bəyan edin.

Sizinlə uşaq kimi davranılmasına layiq deyilsiniz və həmçinin, siz kiminsə özünü böyük dərk etməsi naminə susmağa borclu deyilsiniz.

12. Nəzarət

Ən əsas olan: destruktiv insanlar sizi istənilən əlçatan üsul ilə idarə etməyə cəhd edirlər. Onlar sizi təcrid edir, sizin maliyyənizlə və ünsiyyət dairənizlə idarə edirlər, sizin həyatınızın hər bir aspekti ilə göstəriş edirlər. Lakin onların arsenalında ən güclü silah - sizin hisslərinizlə oynamaqlarıdır.

Məhz buna görə də özünəvurğunlar və sosiopatlar doğru yerdə belə münaqişəli vəziyyət yaradır ki, təki siz özünüzü əminlik olmadan və qeyri- stabil hiss edəsiniz. Məhz ona görə də onlar daim xırda məsələlərə görə mübahisə edir və kiçik bəhanəyə görə əsəb keçirirlər.

Onlar emosional olaraq özlərinə qapanırlar, sonra isə nəzarətin itdiyini hiss etdikdə, sizi ideallaşdırmağa çalışırlar. Məhz ona görə də onlar öz həqiqətləri və yalan mövcudluqları ilə emosional olaraq ozünə qapanır, siz isə özünüzü heç bir zaman psixoloji olaraq təhlükəsiz hesab etmirsiniz, çünki sizin partnyorunuzun əslində, öz-özlüyündə kim olduğunu anlaya bilmirsiniz.

Onlar sizin emosiyalarınız üzərində nə qədər hökmranlığa malikdirlərsə, bir o qədər sizin öz hisslərinizə güvənməyiniz qəlizləşə bilər və siz dərk edə bilərsiniz ki, psixoloji zorakılığın qurbanına çevirilmisiniz.

Manipulyativ üsulları mənimsədikdə və onların özünüzə olan inamınızı qırmaqlarını dərk etdikdə, siz nə ilə qarşılaşdığınızı anlaya bilərsiniz və ya heç olmasa, öz şəxsi həyatınız üzərində nəzarəti bərpa etməyə cəhd etmiş olarsınız və ya destruktiv insanlardan uzaq gəzə bilərsiniz.

13. Utandırma

«Ayıb olsun sənə!» — destruktiv insanların ən sevimli ifadəsidir. Hərçənd ki, belə bir fikri həmçinin daha normal insanlardan belə eşitmək mümkündür, özünəvurğun olan şəxsin və ya hər hansı bir psixopatın dilində bu hal - onların bölünməz hökmranlıqlarına müxtəlif baxış və davranışlarla təhlükə yarada biləcək hərəkətə qarşı mübarizə üsuludur. O həmçinin qurbanın öz şəxsi ləyaqət hissini və vicdanını “yox” səviyyəsinə çatdırmaq və məhv etmək üçün istifadə olunur; əgər qurban hər hansı bir üstünlüyü ilə öyünməyə cürət edərsə, bu, konkret əlamətə, keyfiyyətə və ya nailiyyətə görə onu utandırar, onun özünü dəyərləndirməsini azalda bilər və köklü şəkildə istənilən qüruru boğa bilər.

Özünəvurğun şəxslər, sosiopatlar və psixopatlar sizin yaralarınızı sizə qarşı istifadə etməyi sevirlər; onlar həmçinin ona nail ola bilərlər ki, siz özünüzə qarşı tətbiq edilən zoraklığa və keçirdiyiniz incikliklərə görə utana bilərsiniz, bununla da sizə psixoloji travma yetirə bilərlər.

Siz uşaqlıqda zoraklıqla üzləşmisiniz? Özünəvurğun şəxs və ya sosiopat sizə təsir edəcək ki, siz buna hər hansısa şəkildə layiq olmusunuz və ya öz xoşbəxt uşaqlığından bəhs edəcək ki, sizdə qeyri-adekvatlıq və yazıqlıq hissi yaratsın.

Sizcə, sizin inciməyiniz üçün keçmiş yaralarınızı qurtdalamaqdan daha yaxşı hansı üsul tapmaq mümkündür? Destruktiv insan çalışır ki, sizin yaralarınızı sağaltmasın, onu daha da dərinləşdirsin.

Əgər siz şübhələnirsinizsə ki, destruktiv insanla münasibətdəsiniz, o zaman çalışın ki, ondan öz zəif tərəflərinizi və ya çoxdankı psixoloji travmalarınızı gizlədəsiniz.

Ona inanmaq mümkün olduğunu sübut etməyənə qədər sonradan özünüzə qarşı istifadə oluna biləcək məlumatları ona söyləməyə gərək yoxdur.

Qeyd: Material "Lifter.com" saytında dərc edilən psixologiyaya aid silsilə yazılar əsasında hazırlanıb.

Tarix
2017.05.25 / 00:10
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla