Yuxarı

“Azərsell”dən tələbələrə növbəti dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsell”dən tələbələrə növbəti dəstək

“Azərsell” Telekom MMC SABAH qrupları tələbələrinə dəstəyini davam etdirir.

Şirkətdən Axar.az-a verilən məlumata görə, “Azərsell” Akademiyası tədrisçiləri 31 May-1 iyun tarixlərində “Karyera brendini yarat’ və “Təqdimat bacarıqları” mövzusunda tələbələrə təlim keçiblər. 30-a yaxın tələbənin iştirak etdiyi təlimdə karyera planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat bacarıqları və s. mövzular üzrə təlim keçirilib, tələbələrlə müzakirələr aparılıb.

İki gün davam edən təlimin sonunda iştirakçılara sertfikatlar təqdim olunub.Qeyd edək ki, “Azərsell”in SABAH qrupları ilə geniş əməkdaşlığı var. Ötən il Tələbə Təcrübə proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i SABAH Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün “Azərsell” Plazada tanışlıq səfəri təşkil edilib, “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Karyera Brendini Yarat” movzularında qısa sessiyalar keçirilib.

Həmçinin, İnsan Qaynaqları departamentinin əməkdaşları 17-20 fevral tarixlərində SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə də təlimlər keçiblər. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.06.06 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla