Yuxarı

Bakı taksisində qəribə olay: sürücü müştəriyə deyir ki...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar paytaxtımızda fəaliyyət göstərən taksi şirkətlərinin sayının artması təəssüf ki, rəqabət amilinə və keyfiyyətə təsir etmir. Əksinə, bəzən taksi şirkətlərində əvvəl müşahidə edilməyən müəyyən çatışmazlıqlar da meydana çıxır.

Axar.az xəbər verir ki, sakinlər tez-tez sosial şəbəkələrdə taksi şirkətlərinə müraciət edən zaman aşağıdakı neqativ hallarla qarşılaşdıqlarını yazırlar:

1. Sifariş edilən ünvanın yaxınlığında maşın olmur.

2. Sürücülər çağırılan ünvana gec gəlir.

3. Sürücü tıxacda qaldığını əsas gətirərək, taksi sifariş verən sərnişinin avtobusa minib onun olduğu yerə gəlməsini istəyir.

3. “Xırda pul yoxdur” deyən sürücülər gedişhaqqının qalığını qaytarmır.

Ən münasib qiyməti olan taksi şirkətlərindən biri - “Ailə taksi”nin mətbuat katibi sürücünün “siz mənim olduğum yerə avtobusla gəlin” deməsindən xəbərsiz olduğunu bildirib və belə hal baş verərsə, müştərinin dərhal mərkəzlə əlaqə saxlamasını istəyib. O, problemi yerində həll edilərək sürücü haqqında da lazımı tədbirlərin görüləcəyini bildirib. Şirkət rəsmisi taksinin ünvana vaxtında gələ bilməməsini isə tıxacla və sifarişlərin çoxluğu ilə əlaqələndirib.

“Ekonom taksi” (*9111) şirkətindən də bildirdilər ki, taksinin gec gəlməsi sifarişlərin çoxluğu ilə əlaqədardır: “Ola bilər ki, həmin ərazidə taksi yoxdur. Bu zaman gecikmə baş verə bilər. Pulun qalığının geri qaytarılması ilə bağlı problem yarandığı zaman isə sürücü mütləq şəkildə cəzalandırılır. Sərnişinlərdən də xahiş edirik ki, belə hallarla bağlı bizi məlumatlandırsınlar”.

Tarix
2017.07.07 / 08:45
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?

Bayramov İsrailin yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla