Yuxarı

Azərbaycanla bu ölkə arasında yeni postlar tikilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla bu ölkə arasında yeni postlar tikilir

Azərbaycan və Gürcüstan yeni gömrük postlarının tikilməsi ilə bağlı müzakirələr aparıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, müzakirələr Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sadıxlı” gömrük postunda Azərbaycan və Gürcüstan gömrük və sərhəd xidmətləri nümayəndə heyətlərinin görüşündə aparılıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Gürcüstan nümayəndə heyətinə isə bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze rəhbərlik edib.

Görüş zamanı iki ölkə arasındakı mehriban dostluq və qonşuluq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, coğrafi baxımdan strateji bölgədə yerləşən ölkələrimizin beynəlxalq ticarət zəncirinin təhlükəsiz, sürətli və maneəsiz şəkildə həyata keçirilməsindəki rolundan, gömrük və sərhəd xidmətlərinin bu istiqamətdə atdıqları addımlardan bəhs edilib. Görüşün əsas mövzusu isə bir müddətdir müzakirə edilən Azərbaycan tərəfdə “Sadıxlı”, Gürcüstan tərəfdə isə “Mtıkvari” sərhəd-gömrük keçid məntəqələrinin əsaslı şəkildə yenidən qurulması və ya yeni gömrük postlarının inşa edilərək istifadəyə verilməsi olub. Tərəflər bu mövzu ilə bağlı əvvəlki görüşlərdə səsləndirilən fikirləri təkrar gözdən keçirib və yeni təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, qarşılıqlı razılaşma əldə edildikdən və hər iki tərəfdə aparılacaq əsaslı tikinti və yenidənqurma işlərindən sonra sərhəd-gömrük keçid məntəqələrinin potensialı artırılacaq, bu da iki ölkə arasında sərnişin və yükdaşımalarla yanaşı, regionun tranzit imkanlarının da xeyli artmasına şərait yaradacaq.

Tarix
2017.07.27 / 00:36
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla