Yuxarı

Yol Xəritəsi: ən aşağı icra bu sahədədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Strateji Yol Xəritəsinin icra vəziyyətinin monitorinqinin nəticələri açıqlanıb.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Strateji Yol Xəritəsinin nəticələrinə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, nəticələrdən 12 Yol Xəritəsinin ən aşağı icra vəziyyəti olan sahəsinin Telekommunikasiya və İT ilə əlaqəli istiqamət olduğu məlum olub:

“Yol Xəritəsində İKT ilə əlaqəli işlərin görülməsinə məsul qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Monitorinqin nəticələrinə görə, bu sahədə nəzərdə tutulan işlərin cəmi 9% -i icra olunub. Düşünürəm ki, nəticələr reallığı tam əks etdirir. Yol Xəritəsində xeyli işlər var ki, hələlik, heç bir səs-soraq yoxdur”.

O.Gündüz qeyd edib ki, müstəqil tənzimləyici qurumun - Milli Telekommunikasiya Şurasının yaradılması, İKT bazarının liberallaşdırılması ilə bağlı indiyədək hər hansı rəsmi açıqlama yoxdur:

“Yol Xəritəsində elektron hökumət quruculuğunda yeni mərhələnin – mobil hökumətin (mGov) formalaşması məqsədilə yeni konsepsiyanın yaradılması nəzərdə tutulub ki, indiyədək bu yöndə heç bir irəliləyiş his olunmur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin yarımillik qiymətləndirmə və monitorinq hesabatı açıqlanıb. Hesabatda 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanıb və 59 faizinin icrası üzrə işlərə başlanılıb.

Tarix
2017.10.04 / 16:24
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Hüseyndən həbs xəbərlərinə reaksiya

Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!

Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto

Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?

BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər

Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla