
Türkiyənin Azərbaycanda hərbi bazasına ehtiyac yoxdur
21:43
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Ötən gün axşam saatlarında Gəncədə alim, ictimai elm xadimi faciəvi şəkildə ölüb.
Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.
Hadisə elm xadiminin evinin qarşısında, İsmət Qaibov küçəsində baş verib. Samir Pişnamazzadə avtomobil tərəfindən vurulduqdan sonra, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır /ANS/.
Xatırladaq ki, Samir Pişnamazzadə Azərbaycan milli fikir tarixində və Xalq Cümhuriyyətinin qurulmasında, o cümlədən, 1918-ci il ermənilərin azrəbaycanlılara qarşı soyqırımının qarşısının alınmasında böyük xidmətləri olan Axund Məhəmməd Pişnamazzadənin nəslindəndir.
Tarix
2014.06.21 / 10:21
|
Müəllif
Axar.az
|