"Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlik
diffomasiyaya görə jurnalist həbsinə imkan vermir. Təəssüf ki,
Nərimanov Məhkəməsi iddiaçının böhtana görə xüsusi ittiham
qaydasında verdiyi şikayəti icraata götürüb".
Bu sözləri Axar.az-a vəkil Elçin Sadıqov "Aznews.az" xəbər
portalının Baş redaktoru Elçin Zahiroğlu və portalın əməkdaşı
İntiqam Valehoğluna qarşı CM-nin 147 və 148-ci maddələri ilə
qaldırılmış məhkəmə prosesinə münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, məhkəmə prosesi bu gün start götürəcək:
"Bu gün saat 11-də Nərimanov Məhkəməsində hakim Turqay
Hüseynovun sədrliyi ilə məhkəmə prosesi başlayacaq. Artıq şikayət
icraata qəbul olunub. Biz də işə bu gün qoşulmuşuq və vəsadət
qaldıracağıq ki, hazırlaşmaq üçün məhkəmə bizə vaxt versin".
Vəkil bildirdi ki, jurnalistlərə qarşı qaldırılmış maddə
Azərbaycanın Avropa Məhkəməsi qarşısında götürdüyü öhdəliklərə
ziddir:
"Azərbaycan Avropa Məhkəməsinin qarşısında diffomasiya ilə bağlı
öhdəlik götürüb. Burada göstərilir ki, bu maddə ilə bağlı
jurnalistlərə qarşı cinayət işi qaldırılmamalıdır. Ancaq çox
təəssüf olsun ki, yenə də bu maddə ilə bağlı məhkəmə prosesləri
gedir. Bu gün də biz bunun şahidiyik".
Jurnalistlərə qarşı CM 147 və 148-ci (böhtan) maddəsi ilə iddia
qaldırılmaması üçün monitorinq aparılır və demək olar ki, bu maddə
ilə verilən iddialar qəbul edilmir. Təəssüf ki, Nərimanov Məhkəməsi
iddianı qəbul edib və işə mülki qaydada yox, xüsusi ittiham
qaydasında baxmağa qərar verib".
Xatırladaq ki, müğənni M.İsgəndərli Nərimanov Məhkəməsinə xüsusi
ittham qaydasında müraciət edərək, barəsində yazılan "narkoman"
ifadəsinə görə sözügedən jurnalistin Cinayət Məcəlləsinin 147.1-ci
maddəsi ilə həbsini tələb edir.
Prezident İlham Əliyev Azərbaycanın AŞPA sədrliyinə başlaması
münasibəti ilə iyunun 24-də Avroparlamentdəki çıxışında
diffomasiyaya görə ölkəmizdə heç bir jurnalistin həbsdə olmadığını
xüsusi vurğulayıb.