Yuxarı

Mətbuatda dil xətaları – Müzakirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuatda dil xətaları – Müzakirə

Tədbirdə Azərbaycan KİV-lərində dil normalarına riayət olunmaması ilə bağlı problemlər qabardıldı.

Axar.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli Televiziya və Radio Şurasının və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr" mövzusunda konfrans keçirilir.

Tədbiri Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq, çıxışında dövlətin bu sahədə gördüyü işlərdən danışdı. Ə. Amaşov MŞ-nin son 3 ildə KİV-də dil normalarına riayət edilməsi ilə bağlı monitorinq həyata keçirdiyini bildirdi:

"Bu monitorinq çərçivəsində dilin hansı sözləri qəbul edib-etmədiyi və digər məsələlər öz əksini tapıb".

MTRŞ-in sədri Nuşirəvan Məhərrəmli isə elektron informasiya vasitələrində Azərbaycan dilinin tam tətbiqi məsələlərindən danışdı. Natiq 2008-ci ildən başlayaraq televiziyalara dil normalarına riayət etmələrinə ciddi nəzarətə başlanıldığı və televiziyalara bədii şuraların yaradılması üçün göstəriş verildiyini dedi: "İkinci tələbimiz isə televiziyalarda bədii şuraların yaradılması idi. Biz bu qurumlarla görüşlər keçiririk. Bir neçə KİVDF və Akademiyanın Dilçilik İnstitutunun əməkdaşları ilə birgə televiziyalarda nitq mədəniyyəti, Azərbaycan dilinin normalarının pozulmaması ilə bağlı monitorinqlər apardıq. Biz bu məsələni mediada ona görə xüsusilə qabardırıq ki, KİV-lər cəmiyyətlə daha çox ünsiyyətdədir və təsir imkanları daha yüksəkdir".

Tədbirdə digər çıxış edənlər də mediada gündəlik işlədilən, amma leksik və qrammatik baxımdan yanlış verilən sözlərin daha uyğun sinonimləri ilə əvəz edilməsinin doğru olduğunu vurğuladılar.

Konfrans davam edir.

Tarix
2014.06.27 / 13:47
Müəllif
Tural İbadov
Digər xəbərlər

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla