İyunun 27-də Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının
növbəti iclası keçirilib.
Axar.az Fondun saytına istinadən xəbər verir ki, iclasın
gündəliyində 2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin
maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə
təkliflərinin müzakirəsi aparılıb.
İclası açıq elan edən Fondun Müşahidə Şurasının sədri Umud
Mirzəyev gündəlikdə duran məsələlər barədə məlumat vermək üçün sözü
Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli
bildirib ki, "2014-cüilin II yarımilliyiüçün KİV layihələrinin
maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə ümumilikdə 35 redaksiyadan
layihə təklifi təqdim olunub. 33 redaksiyanın təqdim ertdiyi layihə
təklifi müsabiqənin şərtlərinə uyğun olmuşdur. "Əks-səda" və "Exo"
qəzetlərinin təqdim etdikləri sənədlər müsabiqə şərtlərinin
tələblərini təmin etmədiyi üçün müsabiqəyə buraxılmayıb.
Digər 33 qəzetin isə tiraji, dövriyəsi və yayımı nəzərə alınaraq
6 aylıq maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.
Fond tərəfindən layihə çərçivəsində maliyyələşdirilən qəzetlərin
siyahısı:
1. "Kaspi" qəzeti - 60 000
2. "Mövqe" qəzeti - 60 000
3. "Yeni Azərbaycan" qəzeti - 60 000
4. "Ədalət" qəzeti - 60 000
5. "525-ci qəzet" qəzeti - 60 000
6. "Səs" qəzeti - 60 000
7. "Bakı-Xəbər" qəzeti - 60 000
8. "Yeni Müsavat" qəzeti - 60 000
9. "Olaylar" qəzeti - 60 000
10. "Ekspress" qəzeti - 60 000
11. "Palitra" qəzeti - 60 000
12. "Paralel" qəzeti - 40 000
13. "Həftə İçi" qəzeti - 40 000
14. "Azad Azərbaycan" qəzeti - 40 000
15. "Şərq" qəzeti - 40 000
16. "Xalq Cəbhəsi" qəzeti - 40 000
17. "Futbol+Qol" qəzeti - 40 000
18. "Bizim Yol" qəzeti - 40 000
19. "Kaspiy" qəzeti - 40 000
20. "Novoye Vremya" qəzeti - 30 000
21. "Futbol+" qəzeti - 30 000
22. "Üç Nöqtə" qəzeti - 30 000
23. "Azernews" qəzeti - 30 000
24. "Unikal" qəzeti - 20 000
25. "Olimpiya Dünyası"qəzeti - 20 000
26. "Oxu Məni" qəzeti - 20 000
27. "Zaman-Azərbaycan" qəzeti - 20 000
28. "Reytinq" qəzeti - 10 000
29. "Təhsil problemləri" qəzeti - 9 000
30. "The Business Times" qəzeti - 9 000
31. "Hərbi And" qəzeti - 9 000
32. "Türküstan" qəzeti - 9 000
33. "İqtisadiyyat" qəzeti - 9 000