Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata görə, Abşeron rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə 6-cı mərtəbənin eyvanından daxil olublar. Mənzildə nəzarətsiz qalmış azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 02:40-da başa çatıb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 02:07-də başa çatıb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən Lənkaran rayonu İstisu qəsəbəsi (rayon mərkəzindən 18 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi78 kv.m olan 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 38 kv.m və digər vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğından evin qalan hissəsi və ev əşyaları mühafizə olunub.

Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

****

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Cəlilabad rayonu Həziabad kəndi (rayon mərkəzindən 15 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə və tövlənin içərisinə yığılmış ümumi çəkisi 7 ton olan ot bağlamasının 4 tonu yanıb. Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunub. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.06.28 / 09:06
Müəllif
Axar.az
Digər xəbərlər

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

Azərbaycanla sülh sazişi bu tarixdə imzalanacaq - Erməni KİV

Prezident gürcü naziri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla