Yuxarı

Lənkəranskinin qardaşı haqda həbs qərarı verildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranskinin qardaşı haqda həbs qərarı verildi - Video

İstanbul məhkəməsi kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsd hazırlığına görə saxlanılan mərhum avtoritet Rövşən Caniyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Caniyev və onun dəstəsinin üzvləri barəsində qərar verib.

Publika.az xəbər verir ki, N.Canıyev və digərləri barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Xatırladaq ki, noyabrın 3-də İstanbul polisi Lotu Quliyə qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsd hazırlanması barədə operativ məlumat alıblar.

Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində 13 nəfərlik qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb. Qrup Rövşən Lənkəranskinin qətlində ittiham olunan Səlifovun evinə hücum hazırlayırdılar.

Daha əvvəl Türkiyənin “Hürriyət” nəşri polisdəki mənbələrinə istinadən yazıb ki, Namiq Caniyev özünün üç silahdaşı ilə birlikdə Türkiyəyə gəlib. O, İstanbulda “Şirinlər” türk kriminal qruplaşmasının lideri, “Maks” ləqəbli Şirin Məhməd Səbri ilə görüşərək onun Lotu Qulinin aradan qaldırılması planını müzakirə edib.

İddiaya görə, Namiq Caniyev qətl üçün türk avtoritetə 5 milyon dollar mükafat təklif edib. Məhz bu sazişin detallarının müzakirəsi üçün kriminal avtoritetlər “Ömür AVM”-də görüşüblər.

Tarix
2017.11.09 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyevadan Zəngilandan möhtəşəm paylaşım - Video

Bütün dünyanın gözü bu gün Mehridədir... - Nikol

Prezident və xanımı Cəbrayılda - Video

Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi...

O, bütün zamanların ölməz Lideri olaraq yaşayacaq

Lukaşenko İlham Əliyevi təbrik etdi

Ermənistana 8 vaqon dizel yanacağı göndərildi

Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir...

XİN-dən Qələbə Günü ilə bağlı paylaşım

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla