Yuxarı

Nazir sahibkarları məsuliyyətsizlikdə günahlandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsində fəaliyyət göstərən bəzi sahibkarları məsuliyyətsizlikdə günahlandırıb.

Nazir jurnalistlərə bildirib ki, buna görə də daha güclü inzibati tədbirlərin görülməsinə ehtiyac var: "Onu da etiraf etməliyik ki, bütün sahibkarlar lazımi qədər məsuliyyətlə bu işə yanaşmırlar. Əgər onlar bizim tövsiyələrimizi yerinə yetirmirlərsə, deməli, biz daha güclü inzibati tədbirlər görməliyik".

Ə.Qarayev bildirib ki, ötən il təxminən 6-7 şirkətin və hotelin lisenziyası ləğv edilib. Bakı 2015 ilk Avropa Oyunlarına hazırlıq dövründə isə turizm müəssisələrinin lisenziyalaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşılır: "Çünki bizim məqsədimiz odur ki, Avropa Oyunlarına qədər Azərbaycanda bütün hotellər lisenziyalaşdırılmış olsun".

Hazırda yay turizm mövsümü ilə əlaqədar monitorinqlərin davam etdiyini deyən nazir əlavə edib ki, dünən bununla bağlı növbəti əmr imzalayıb. Növbəti monitorinqlər üç istiqamət üzrə aparılır. Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri bu monitorinqlər zamanı istirahət mərkəzlərinin fəaliyyətinin bütün qaydalara uyğun olub-olmaması təhlil edilir.

Trend

Tarix
2014.07.04 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla