Yuxarı

Vergi tətbiq edilən taksi xidmətləri ilə bağlı – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri sərnişin daşıma xidmətləri ƏDV-yə cəlb olunmayan xidmətlərdir və bu xidmətlərin istehlakçısı olan vətəndaşlar taksi xidmətlərinin dəyərini ödəyərkən həmin məbləğə ƏDV daxil edilmir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Vergilər Nazirliyi bu gün yaydığı açıqlamasında bildirib. Nazirlik bildirib ki, bu il yanvar ayının 1-dən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, yalnız Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin elektron ticarət qaydasında təqdim etdiyi iş və xidmətlərə görə vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən qeyri-rezidentə aparılan ödəmələrdən ƏDV tutulur:

“Qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri, o cümlədən mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərinişin daşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər 1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilir. Ölkə ərazisində taksi xidmətlərinin təşkili ilə bağlı həmin xarici şirkətlərin göstərdikləri xidmətlərinin dəyəri ƏDV daxil olmaqla formalaşan dəyərdən ibarət olduğundan bu xarici şirkətlərə pul köçürülərkən həmin məbləğlərə ƏDV də daxil edilir.

Dövlət vergi orqanlarında qeydiyyata alınaraq ölkə ərazisində qanuni əsaslarla sərnişin daşıma fəaliyyətini həyata keçirən yerli hüquqi və fiziki şəxslərin, habelə xarici şirkətlərin Azərbaycan Respublikasındakı nümayəndəliklərinin göstərdikləri taksi xidmətlərinin müqabilində müştərilər tərəfindən istər nağd qaydada, istərsə də ödəniş kartları vasitəsilə həmin şəxslərə ödənilən xidmət haqlarına görə ƏDV tutulmur”.

Tarix
2017.12.04 / 10:34
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə hazır idik!

Ermənistanda bu sözə qıcıqlanırlar: Zarafatla deyirəm ki…

Rusiya Azərbaycana təşəkkür etdi

Bu gecə İsrailə bu ölkə də qoşulacaq: İranı nə gözləyir?

İsrailin İran əməliyyatının adı nə məna daşıyır? - İlahiyyatçı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla