Yuxarı

Elçin Zahiroğlu: “30 yaşdan qorxuram”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçin Zahiroğlu: “30 yaşdan qorxuram”

"Deyirdilər ki, 30 yaşı yaxşı qeyd etmək lazımdır. Ona görə də yaxşı planlar qurulmuşdu. Sadəcə olaraq, burdakı qohumların təklifi ilə biz dağa gedəsi olduq. Yardımlının ən hündür zirvələrindən birindəyik, məşhur bir bulağın yanına gəlib çıxmışıq. Yol yoxdur, telefon pis tutur, sivilizasiyadan tamam uzağıq, ətrafımızda adamlar yoxdur".

Bunu Modern.az-a açıqlamasında bu gün 30 yaşını qeyd edən Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu deyib.

"Doğum günümü yaxınlarım, qohumlarımla qeyd edirik. Bir neçə dostum da gəlməlidir. Bu yolla gələ bilsələr, onlar da ad günümdə iştirak edəcək. Amma bu günü əsasən qohumlarımızla qeyd edirik. Ona görə ki belə daha maraqlıdır. Burada çadırlar qurmuşuq. Həm həftəsonu olduğuna görə düşündüm ki, Bakıdan bir az uzaqlaşsam daha yaxşıdır. Əgər çox soyuq olmasa, iki-üç gün burada çadırda qalmaq fikrimiz var".

E. Zahiroğlu 30 yaşdan qorxduğunu dilə gətirdi: "Arzularım barədə fikirləşməmişəm. Həmişə 30 yaşdan qorxmuşam. Çünki 30 yaş ciddi bir yaşdır. 20 olanda adam özünü daha gənc hesab edir, 30 daha məsuliyyətlidir, 40-a doğru gedirik. Bu yaşda özüm-özümə hesabat verməliyəm ki, 30 yaşa kimi nələr oldu və bundan sonra neyləməliyəm.

Doğum gününün mənim üçün başqa günlərdən fərqi odur ki, insan həmin gündə çoxlu təbriklər eşidir və istəyirlər ki, bu günü qeyd edək. Ümumiyyətlə, bu məsələlərə çox ciddi yanaşmamışam. Amma hesab edirəm ki, adamlar həyatda qeyd olunası günlərin sayını çoxaltmalıdır. Bizdə belə günlər azdır, daha çox işğal, faciə günlərini yaşayırıq. Bayram əhval-ruhiyyəli günlərimizin sayını çoxaltmalıyıq. Onda dostlar, qohumlarla bir yerdə olursan, daha pozitiv şeylərdən danışırsan. Həm adamın özünü kənardan tanıması üçün bir vasitəyə çevrilir. Ona görə də doğum günlərini yaxşı qeyd etmək lazımdır".

Tarix
2014.07.11 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla