Yuxarı

“Azəriqaz” tariflə bağlı iddialara aydınlıq gətirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin dekabr ayında “Azəriqaz” İstehsalat Birliyi 2017-ci ildə verilən 1700 kubmetr limitinin dekabr ayının sonundan sıfırlanacağı və yanvar ayından bu il üçün yeni limitin hesablanmasına başlanılacağı barədə məlumat vermişdi. Lakin bəzi “Smart İTRON” elektron qaz sayğaclarından istifadə edən abonentlər yanvar ayında ödəniş etdikdə qazın tarifinin 20 qəpikdən hesablandığını, mexaniki sayğaclardan istifadə edən abonentlər isə ötən ilin dekabr ayının qaz sərfini bu ilin yanvarında qeydə alındığını iddia ediblər.

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev Report-a açıqlamasında bu məsələlərə aydınlıq gətirib.

O bildirib ki, verilmiş limiti keçən bəzi “Smart İTRON” qaz sayğacının istifadəçiləri 2018-ci ilin əvvəlində sayğaca ödəniş etdiklərini, lakin 20 qəpik tarifi ilə hesablandığını bildirərək quruma müraciət ediblər. Onun sözlərinə görə, belə məlumatlar daxil olanda qurumun əməkdaşları baza məlumatlarına baxaraq aydınlaşdırıb ki, həmin abonentlər ötən ilin dekabr ayında smart kartına pul yükləyib, lakin kartı 2018-ci ilin ilk günlərində sayğaca daxil edəndə bu proses baş verib: “Məlumat verilmişdi ki, “Smart İTRON” məişət sayğaclarından istifadə edən abonentlər üçün 2018-ci ilin yanvar ayının 1-dən etibarən smart karta edilən ilk ödəniş tarixindən yeni il üçün limitin verilməsinə başlanılacaq”.

Mexaniki qaz sayğacları ilə bağlı isə “Azəriqaz” rəsmisi qeyd edib ki, 2017-ci ilin dekabr ayından etibarən bu sayğacların üzərində göstəricilərin oxunması və bildirişlərin istehlakçılara paylanması üçün işlərə başlanılıb: “Limit günlük, həftəlik, aylıq deyil, illik verilir. Ona görə də dekabr ayının sonu və yanvar ayının ilk günləri bayram və istirahət günlərinə təsadüf etdiyindən bu proses yanvar ayının ilk həftəsində tamamlanıb”.

Qurumun rəsmisi qeyd edib ki, mexaniki qaz sayğacının göstəricisi ilə abonentlərə təqdim olunan bildiriş arasında qaz sərfiyyatı ilə bağlı göstərilən rəqəmdə hər hansı mübahisəli məsələ olarsa, yaxud da fərq yaranarsa, abonentlər bununla bağlı yaşadıqları rayon üzrə yerli qaz xidmət sahəsinə, o cümlədən Regional Qaz İstismar İdarələrinə müraciət edə bilərlər. Müraciət dərhal araşdırılaraq məlumat verilir.

Tarix
2018.01.11 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Medinskinin Qarabağla bağlı iddialarına sərt cavab

Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

İranda yaşayan türklərin sayı… - Əli Əkbərdən tarixi etiraf

Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü - Video

Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla