Yuxarı

Xamenei namazda niyə səcdəyə getmir? – Qalmaqallı foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xamenei namazda niyə səcdəyə getmir? –

Allah rəsulu (s) namazı bütün rükunları ilə qılıb, yaxud qıldırıb. Demək, səhhətində problem və fiziki qüsuru olmayan bütün müsəlmanlar da namazı bütün rükunları ilə qılmalıdırlar.

Bu sözləri Axar.az-a ilahiyyatçı Rəsul Mirhəşimli İranın Ali dini lideri Əli Xamenei və keçmiş prezident Mahmud Əhmədinejadın camaat namazı qılınan zaman hər kəsdən fərqli olaraq səcdəyə getməmələrini əks etdirən görüntünün yenidən sosial şəbəkələrdə yayılması və böyük müzakirələrə səbəb olması barədə danışarkən deyib. R.Mirhəşimlinin sözlərinə görə, fotodan orda baş verənlərə qiymət vermək çətindi. Lakin namaz barədə Qurani-Kərimdə keçən ayələrdə bunlar açıq-aşkar izah olunur:

“Namazın səcdə halı ilə bağlı müsəlmanlar arasında heç bir fərq yoxdur. Namazdakı səcdə ilə bağlı izah verən bütün müctəhidlər qeyd edirlər ki, bir şəxs alnını yerə qoymağı bacarırsa, gərək yerə qoysun.

Allahın bütün ayələri Rəsuluna (s) nazil etdiyi Qurandadır.

Bu fotoda həmin iki şəxsin səcdədən qalxdıqdan sonra çəkilmiş anı da ola bilər. Onun üçün bu barədə dəqiq fikir söyləmək oduqca çətindir”.

Qeyd edək ki, bir neçə il əvvəl çəkilən foto sosial şəbəkələrdə yenidən müzakirəyə çıxarılıb. İddialara görə, İran qanunlarına əsasən, İranin ali dini lideri Allahın cismi ayələri olduğuna, Əhmədinejad isə foto çəkilən zaman dövlət başçısı olduğuna görə səcdəyə əyilməyiblər.

Tarix
2018.02.03 / 14:26
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Kobaxidzedən Paşinyana: Bakı ilə əlaqələr...

İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycan buna görə dünyada birinci yerdədir

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla