Yuxarı

Azərbaycanın əsas prioriteti budur - XİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın əsas prioriteti budur - XİN

Azərbaycanın əsas prioriteti Qoşulmama Hərəkatının təməl və prinsiplərini, məqsəd və məramlarını beynəlxalq səviyyədə, o cümlədən, Avropa qitəsində təşviq etməkdir.

Axar.az xəbər verir ki, bunu XİN-in mətbuat xidməti Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan həm də beynəlxalq münasibətlərdə qanunun aliliyinə əsaslanan münasibətlərin formalaşması, Bandunq prinsiplərinə hörmət kimi məqsəd və məramların təşviqinə çalışacaq:

"Bu gün də beynəlxalq münasibətlərdə gərginlik mühiti artmaqdadır və bu halda Qoşulmama Hərəkatının vacibliyi özünü təsdiqləyib".

"Qoşulmama Hərəkatının bəyanatlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məxsusi qeyd olunur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri, ərazi bütövlüyü və suverenliyi dəstəklənir və məhz BMT Təhlükəsizlik şurasının qətnamələri əsasında həllinə çağırış edilir. Əvvəlki sammitdə və XİN rəhbərlərinin toplantısında belə bir bənd də qəbul edilib. Builki toplantı çərçivəsində də bu məsələ müzakirə olunacaq. Çünki bu hərəkatın təməlində beynəlxalq sülh və təhlükəsizlik məsələləri, münaqişələrin həll edilməsi və onların həllinə müsbət töhfə verilməsi fundamental maraq kəsb edən məsələlərdən biridir", - deyə H. Hacıyev əlavə edib.

Tarix
2018.04.03 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla